/ / AzərTAc-ın müxbirinin Azərbaycanda aqrar sektorun inkişafından bəhs edən məqaləsi İtaliyanın mətbuat resurslarında
AzərTAc-ın müxbirinin Azərbaycanda aqrar sektorun inkişafından bəhs edən məqaləsi İtaliyanın mətbuat resurslarında
06.02.2015 [09:33]
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) İtaliyadakı xüsusi müxbiri Maqsud Dadaşovun “Kənd təsərrüfatı Azərbaycanın iqtisadi inkişafının perspektivli sahəsi kimi” sərlövhəli məqaləsi bu ölkənin “Notizie Geopolitiche” xəbər portalında, Avrasiya və Afrika üzrə Tədqiqatlar, Araşdırmalar və Beynəlmiləlləşmə Assosiasiyasının və “Avrasiya-Aralıq dənizi” Tədqiqat Mərkəzinin saytlarında yerləşdirilib.
Məqalədə bildirir ki, dünya enerji bazarında oynadığı rol baxımından beynəlxalq nüfuzu getdikcə artan Azərbaycanda qeyri-neft sektorunun inkişafı və karbohidrogen ehtiyatlarından asılılığın azaldılması istiqamətində iqtisadiyyatın şaxələndirilməsi əsas hədəfdir. Ölkəmizdə müvafiq sektorun inkişafını, bu istiqamətdə Azərbaycan və İtaliya arasında əməkdaşlıq imkanlarını təhlil edən müəllif yazır: “Hazırda dünya iqtisadiyyatının neft və qazdan başqa digər sahələrin də ön plana çıxarılmasına ehtiyacı var. Uzun müddətli inkişaf üçün şaxələndirmə önəmli bir addımdır. Neft istehsal edən ölkələr, o cümlədən qlobal enerji bazarının əsas oyunçusuna çevrilən Azərbaycan enerji gəlirlərindən asılılığı azaltmaq istiqamətində önəmli tədbirlər dövrünə qədəm qoyub. Ölkəmiz zəngin iqlimə, əlverişli coğrafi mövqeyə və iqtisadiyyatın şaxələndirilməsi strategiyasının həyata keçirilməsi üçün zəruri olan bütün imkanlara malikdir. Bu sırada kənd təsərrüfatı önəmli yerlərdən birini tutur”.
Azərbaycanda aqrar sektorun inkişaf tarixindən bəhs edilən yazıda diqqətə çatdırılır ki, bu sahənin tərəqqisi müstəqilliyimizin bərpasından sonrakı dövrə təsadüf edir. İnkişaf prosesinin davamı olaraq son illər kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan Prezident İlham Əliyevin 2015-ci ilin ölkədə “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında imzaladığı Sərəncam xüsusi əhəmiyyətə malikdir. Sənəd bu sahənin modernləşməsinə təkan vermək, mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.
Qeyd olunur ki, hazırda Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə qida və ərzaq təhlükəsizliyi önəmli yer tutur. Təsadüfi deyil ki, aqrar sektorun və ərzaq təhlükəsizliyinin inkişafı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsas elementlər kimi daxil edilib. Gələcəkdə istehsal etdiyi kənd təsərrüfatı məhsullarını xarici bazarlara çıxarmaq Azərbaycanın əsas hədəflərindəndir.
Məqalədə deyilir: “Azərbaycan kənd təsərrüfatı sahəsində önəmli təcrübəsi olan ölkələr, o cümlədən İtaliya ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda italiyalı investorların marağına səbəb ola biləcək bir çox iqtisadi sektorlar mövcuddur. Son illər kənd təsərrüfatı sahəsində də ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi münasibətlərimizin dərinləşməsinə töhfə verməkdədir. “Milan Expo 2015” beynəlxalq sərgisi vasitəsilə bu əlaqələr yeni məcraya qədəm qoyacaq. Azərbaycan bu tədbirdə öz milli pavilyonu ilə tarixi, coğrafi və mədəni özəlliklərini nümayiş etdirəcək”.
Müəllif sonda diqqətə çatdırır ki, aqrar sektoru inkişaf etdirmək və yeni bazarlara çıxmaq üçün real potensialı olan Azərbaycanda “Kənd təsərrüfatı ili”ndən yüksək gözləntilər var. Şübhəsiz ki, bu il əldə olunacaq müsbət nəticələr kənd təsərrüfatını Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən birinə çevirəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

