/ / YAP Siyasi Şurasının üzvü Asəf Hacıyev Serbiyanın Baş naziri Aleksandar Vuçiç tərəfindən qəbul edilib
YAP Siyasi Şurasının üzvü Asəf Hacıyev Serbiyanın Baş naziri Aleksandar Vuçiç tərəfindən qəbul edilib
30.03.2015 [09:38]
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyev Serbiya Respublikasının Avrointeqrasiya məsələləri üzrə naziri, hakim Serb Tərəqqipərvər Partiyasının (SNS) xarici əlaqələr üzrə katibi Yadranka Yoksimoviç ilə görüşüb, sonra isə Serbiya Respublikasının Baş naziri, SNS-in Sədri Aleksandar Vuçiç tərəfindən qəbul edilib. Qeyd olunan görüşlərdə Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsipləri əsasında dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu təsdiqləyərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kosovo problemi ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və koordinasiyalı fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Azərbaycanla Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilərək, dövlətlərarası münasibətlərdə bu yüksək səviyyənin əldə olunmasında iki ölkənin hakim partiyalarının nümayəndələrinin xüsusi xidmətlərinin olduğu qeyd edilib. A.Hacıyev Azərbaycan tərəfinin YAP ilə SNS arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, SNS-in təmsilçilərini Azərbaycana dəvət edib və iki ölkənin hakim partiyaları arasında anlaşma memorandumunun imzalanmasını təklif edib.
Serbiyanın Baş naziri A.Vuçiç Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev ilə Münhen təhlükəsizlik konfransı çərçivəsində son görüşlərini məmnunluqla xatırladığını, ölkəsinin Azərbaycanla əməkdaşlığını müxtəlif sahələrdə daha da möhkəmləndirmək əzmində olduğunu bildirib, salamlarının və ən xoş arzularının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edərək, iki ölkənin hakim partiyaları arasında əlaqələrin dərinləşdirilməsinə dair Azərbaycan tərəfinin təklifini məmnuniyyətlə qəbul etdiklərini vurğulayıb.
İkitərəfli görüşlərin nəticəsində cari il aprel ayının sonları, may ayının əvvəllərində iki ölkənin hakim partiyaları arasında gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi və anlaşma memorandumunun imzalanması məqsədi ilə Serb Tərəqqipərvər Partiyasının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərinin təşkili barədə razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36

