Azərbaycana qarşı “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
02.05.2015 [09:20]
Ölkəmizdə illeqal fəaliyyətə malik olan “beşinci kolon”a maliyyə dəstəyi verməklə təxribatçı və dağıdıcı planlar üzərindən hərəkət edən islamofob və ermənipərəst dairələrin təzyiq kampaniyası fiaskoya uğrayacaq
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır.
Sadalananlarla yanaşı, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, səmərəli beynəlxalq əlaqələrə malik olan, qlobal miqyasda etibarlı strateji tərəfdaş kimi tanınan ölkəmizdə ictimai-siyasi institutlar, o cümlədən, media qurumları qanunlar çərçivəsində sərbəst və azad fəaliyyət mexanizminə malikdirlər.
NED təşkilatı islamofob və ermənipərəst dairələrin siyasi aləti kimi...
Sadalanan pozitiv məqamlara və nailiyyətlərə baxmayaraq, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr “demokratiya”, “insan hüquqları” kimi dəyərləri siyasi manipulyasiya predmetinə çevirərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də, cari ilin iyun ayında paytaxt Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində anti-Azərbaycan dairələr və erməni lobbisi yenə də Azərbaycana qarşı “qara piar” kampaniyasında fəallaşıblar. Bu kontekstdə birinci Avropa Oyunları ilə bağlı spekulyasiya xarakterli çağırışlar diqqət çəkir. Bu çağırışların yayımlandığı media qurumlarına, eləcə də, bəyanatların məzmununa nəzər saldıqda görünür ki, kampaniyanın arxasında Qərbdəki islamofob, ermənipərəst dairələr durur. Aparılan araşdırmalara görə, Azərbaycana qarşı bu “qara piar” kampaniyası “National Endowment for Democracy” (NED) təşkilatına həvalə edilib. Azərbaycan ictimaiyyətinə bəllidir ki, bu təşkilat ölkəmiz daxilində illeqal fəaliyyətə malik olan “beşinci kolon”a maliyyə dəstəyi verməklə təxribatçı və dağıdıcı planlar üzərindən hərəkət edir.
Niyə məhz Con Kerri?!
Məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Yəni “qara piar” və təzyiq kampaniyasının episentrində məhz ermənipərəst ABŞ dövlət katibinin xidmətləri və direktivləri dayanır. Bu məqamda belə bir sual ortaya çıxır: niyə məhz Con Kerri? Şübhəsiz, bu sualın cavabı aydın və sadədir. Çünki bu şəxs öz ermənipərəst və islamofob mövqeyini daha öncə dəfələrlə aşkar şəkildə nümayiş etdirib. C.Kerri digər bir neçə senatorla birlikdə hələ 1990-cı ildə SSRİ rəhbəri M.Qorbaçova ünvanladıqları məktubda onu Dağlıq Qarabağ problemini “Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll etməyə” çağırırdı. 2012-ci ilin sentyabrında Kerrinin erməni zabitini qətlə yetirməkdə təqsirli bilinərək Budapeşt məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsinə münasibəti də onun ermənipərəstliyinin bariz nümunəsi kimi səciyyələndirilə bilər. “Mən Azərbaycanın Ramil Səfərovu qaytarmasından, onu əfv etməsindən, hərbi rütbəsini yüksəltməsindən və qəhrəmana çevirməsindən şokdayam”, - deyə o bildirmişdi.
Göründüyü kimi, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv münasibətinin kökü hələ 90-cı illərə gedib çıxır.
ABŞ dövlət katibinin ofisindən idarə olunan kampaniya bir sıra məqamlardan xəbər verir
İlk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı ABŞ dövlət katibinin Konqresdəki ofisindən idarə olunan “qara piar” kampaniyası, öz növbəsində, bir sıra məqamlardan xəbər verir. Birincisi, bununla növbəti dəfə bəlli olur ki, müxtəlif ölkələrdə idarə etdikləri “beşinci kolon” vasitəsilə təxribatçı planlar reallaşdırmağa çalışan Qərbdəki, xüsusilə də ABŞ-dakı müəyyən dairələr erməni lobbisinin təsiri altındadır və onlarla sinxron fəaliyyət göstərir. Bu, hər şeydən öncə, “demokratiya”, “insan hüquqları” kimi məfhumları əldə bayraq etmiş Qərbin fəaliyyətinin gerçək mahiyyətini aşkar edir. İkincisi, faktlar göstərir ki, ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı sistemli “qara piar” və təzyiq kampaniyası təşkil etməkdə iki məqsəd var: bunlardan biri Azərbaycanın müsbət beynəlxalq imicinə zərbə vurmaq, ikincisi isə, ölkə daxilində qeyri-qanuni, dağıdıcı fəaliyyət göstərən və himayə etdikləri “beşinci kolon”un nümayəndələrini müdafiə etməkdir.
Azərbaycana qarşı hazırlanmış layihə və sənədlər nəyi ifadə edir?
Sadalananlarla yanaşı, bu günlərdə “APA Analitik Mərkəzi”nin hazırladığı araşdırma yazısından bəlli olur ki, ABŞ-dakı bəzi qüvvələr, ayrı-ayrı Qərb ölkələrindəki islamofob dairələr və erməni lobbi şəbəkəsi birləşərək birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı bir neçə sənəd hazırlayıblar və bu sənədlərdə əks olunan planların reallaşdırılması istiqamətində konkret fəaliyyətə keçiblər. APA-nın istinad etdiyi sənədlərdən birində Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi əks olunub. Digər bir sənəd NED-in həyata keçirdiyi kampaniyanın layihəsi barədədir. “2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd”, həmçinin, “Avropa təşkilatlarının insan haqları naminə idman” layihəsi də yuxarıda haqqında bəhs olunan qüvvələrin anti-Azərbaycan fəaliyyətini aşkar edir.
Bəhs olunan sənədlərdə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda birinci Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1” yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlərin keçiriləcəyinə görə dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir.
Yaxşı olar ki, Con Kerri...
Bundan başqa, Azərbaycana qarşı “qara piar” kampaniyasının əsas fiquru kimi çıxış edən Con Kerrinin öz ölkəsində hazırda “demokratiya”, “insan haqları”, “polis zorakılığı” kimi məsələlər çox aktualdır. Təkcə son vaxtlarda ABŞ-da irqi zəmində çoxsaylı münaqişələr baş verib. Son günlərdə isə Baltimorda 25 yaşlı qaradərili Freddi Qreyin polis zorakılığının qurbanı olması bu şəhərdə kütləvi nümayişlərə, iğtişaşlara rəvac verib. İğtişaşlarda iştirak edən 200 nəfər saxlanılıb və şəhərdə fövqəladə vəziyyət elan olunub. Bəs ABŞ-ın dövlət katibi Con Kerri öz ölkəsində baş verən bu kimi hadisələri nizamlamaq əvəzinə, nə üçün müxtəlif ölkələrin müstəqil siyasətinə müdaxilə etməyə çalışır?
Bütövlükdə, Azərbaycan ictimaiyyətinin nümayəndələri - ekspertlər, vətəndaş cəmiyyəti təmsilçiləri, gənclər bu cür “qara piar” kampaniyasına kəskin etiraz edirlər.
Qətiyyətlə ifadə olunur ki, bu kampaniya heç bir nəticə verməyəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

