/ / Mübariz Qurbanlı: İlk Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Azərbaycan dünyanın tarixinə öz adını əbədi həkk edəcək
Mübariz Qurbanlı: İlk Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Azərbaycan dünyanın tarixinə öz adını əbədi həkk edəcək
10.06.2015 [09:02]
“Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Bu inkişaf özünü bütün sahələrdə göstərir. Xüsusilə, ötən dövrdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ciddi əsasları var. Çünki Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsində də bu amillər mühüm rol oynayır”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycanda güclü idman infrastrukturu da yaradılıb. Onun sözlərinə görə, son illər ölkəmizdə bir çox beynəlxalq səviyyəli idman yarışları keçirilib. Bu tədbirlərlə bağlı Azərbaycanın yüksək səviyyədə təşkilatçılığı dünya idman ictimaiyyəti tərəfindən də çox yüksək qiymətləndirilib. Şübhəsiz ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunarkən bu faktor da ciddi şəkildə nəzərə alınıb.
“Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi birinci Avropa Oyunlarına hazırlıq işlərini çox yüksək səviyyədə həyata keçirib. Bütün görülən işlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. İnanıram ki, bu möhtəşəm tədbir başlanğıcdan uğurla start götürdüyü kimi, uğurla da yekunlaşacaq. Beləliklə, Azərbaycan Avropanın tarixində bir ilkə imza atmış olur. İlk Avropa Oyunları Avropa ictimaiyyətinin də xüsusi diqqət mərkəzindədir. Bütün Avropanın, dünyanın diqqəti bu gün ölkəmizə cəmləşib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq, eləcə də Azərbaycan həqiqətlərinin dünyada yayılmasında mühüm rol oynayacaq. Doğrudur, ilk Avropa Oyunları ərəfəsində bədxahlarımız ölkəmizin əleyhinə qərəzli kampaniyalar aparırlar. Amma bütün bunlar Oyunların keçirilməsinə heç bir təsir göstərməyəcək. Əksinə, ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Azərbaycan dünyanın tarixinə öz adını əbədi həkk edəcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

