Milli inkişaf strategiyasının müəllifi
10.06.2015 [09:12]
Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. AZƏRTAC Yeni Azərbaycan Partiyası mətbuat xidmətinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Xatirə Əliyevanın 15 iyun - Milli Qurtuluş Gününün tariximizdə önəmli yerindən və rolundan bəhs edən yazısını təqdim edir.
Dəyişməz olan, ən əsası reallıqlar əsasında öz təsdiqini tapan bir gerçəklik daim önə çəkilir ki, gələcəyə keçmişi ilə addımlayan, bu günü ilə qürur duyub, perspektivdə bir-birindən əhəmiyyətli uğurlara imza atacağına ümidlə baxan xalqlar, dövlətlər hər zaman tarixin çətin sınaqlarından üzüağ çıxmış, milli varlıqlarını qorumaq imkanı əldə etmişlər. Azərbaycanın keçdiyi inkişaf yolu, xalqımızın tarix boyu əyilməzliyi, yenilməzliyi, qəhrəmanlığı deyilənlərin təsdiqidir. Daim azadlıq, müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqı XX əsrin əvvəllərində müstəqilliyinə qovuşsa da, onun ömrü məlum səbəblərə görə uzun olmadı. O dövrdə baş verən hadisələri xarakterizə edən Ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti az müddət yaşayıb. Ancaq o iyirminci əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyub: “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıblar”.
Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Lakin həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlətin maraqlarından üstün tutmaları ölkəni elə bir ağır durumla üz-üzə qoydu ki, xalq bu müstəqilliyin sevincini yaşaya bilmədi, yaranmış böhranlı vəziyyətdən çıxış yolu axtarmağa başladı. Azərbaycan öz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşadı. Digər tərəfdən də silahlı qüvvələrin torpaqların deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəçisinə çevrilmələri ərazilərimizin bir-birinin ardınca işğalına yol açırdı. Belə dözülməz, ağır vəziyyətdə xalq öz xilaskarını axtardı və həyatını xalqına, dövlətinə həsr edən və bundan qürur duyan Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb etməklə Azərbaycanın gələcək inkişafının təməlini qoydu.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək onu qorumağın, daha da möhkəmləndirməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu bildirdi. Dahi şəxsiyyətin hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan tarixinə dirçəliş, yüksəliş dövrü kimi yazıldı.
Ümummilli liderin Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərindən bəhs edərkən Onun xilaskarlıq missiyası daha qabarıq şəkildə diqqəti cəlb edir. Ümummilli liderin gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması inkişafda yeni bir mərhələnin əsasını qoydu. Bu addım bir daha Azərbaycanın dünyaya sülhsevər ölkə olduğunu nümayiş etdirdi, eyni zamanda, digər sahələrin inkişafı üçün yol açdı.
Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən Ulu öndər Heydər Əliyev bu sahənin inkişafında neft amilinin rolunu önə çəkərək, belə bir fikri xüsusi qeyd edib ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadiyyatını inkişaf etdirə bilməz. Məhz Ulu öndərin rəhbərliyi altında 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan ilk neft müqaviləsi imzalandı. Azərbaycan bu addımı ilə dünyaya siyasətində müstəqil, eyni zamanda, hansı iqtisadi imkanlara malik olduğunu nümayiş etdirdi. Ölkəmizin gələcəyinə inanan dövlətlər, şirkətlər ikitərəfli əlaqələrin qurulmasına və daha da genişlənməsinə səylər göstərdilər. Azərbaycan qısa zamanda böyük əməkdaşlıq məkanına çevrildi. Ölkəyə investisiya axını daha da sürətləndi. Bu gün ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 180 milyard dollardan çox olduğunu böyük qürur hissi ilə qeyd ediriksə, təbii ki, bu, düzgün və düşünülmüş siyasətin nəticəsidir.
Azərbaycanın iqtisadi qüdrətinin artması ölkənin beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərdi. Ulu öndərin hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq oldu. Ulu öndər Heydər Əliyev hər bir ölkəyə səfərində Azərbaycan həqiqətləri barədə dolğun məlumatlar verir, dünya ictimaiyyətini erməni yalanlarına uymamağa, hadisələri olduğu kimi qəbul edib düzgün qiymətləndirməyə çağırırdı. Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul olunmaqla həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün növbəti tribunalar qazandı.
Bütün bunlar isə Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmaqla söz sahiblərindən birinə çevrilməsini şərtləndirdi. Təbii ki, bu uğurlarda dövlətimizin müstəqil siyasəti böyük rol oynayır. Müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqil dövlət siyasətində də müstəqil olmalıdır. Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi qeyd olunur. “Əsrin müqaviləsi”nin imzalanması zamanı bütün təzyiqlərə baxmayaraq, Ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan marşrutunu irəli sürüb, bu qərarın dəyişməz olduğunu bildirməklə Azərbaycanın öz siyasətində müstəqil olduğunu bir daha dünya dövlətlərinə bəyan etdi.
Ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizin müstəqil siyasəti göz qabağındadır. Mövqeyimizin dəyişməz olduğunu bəyan edən rəsmi Bakı daim dünya dövlətlərini, beynəlxalq təşkilatları hadisələrin mahiyyətini düzgün qiymətləndirməyə, ədalətli mövqe nümayiş etdirməyə çağırır. Bu gün dünya birliyi haqqın, ədalətin kimin tərəfində olduğunu görür, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bildirir. Beynəlxalq təşkilatların qərar və qətnamələrində də Azərbaycanın ədalətli mövqeyi dəstəklənir.
Dahi şəxsiyyətin həyata keçirdiyi siyasətdə diaspor quruculuğu prosesinə mühüm əhəmiyyət verməsi də xüsusi qeyd olunmalıdır. Diasporu bir dövlətin xaricdəki varlığı kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini təmin etmək üçün ilk növbədə həmin dövlətlərdə Azərbaycan mərkəzlərinin, cəmiyyətlərinin yaradılmasına nail oldu. Sonra Ulu öndər onların vahid mərkəzdən idarə olunmalarının vacibliyi məsələsini gündəmə gətirərək Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi təşəbbüsünü irəli sürdü. 2001-ci il noyabrın 9-10-da bunu reallaşdıran Ümummilli lider Heydər Əliyev soydaşlarımızı Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi üçün birliyə çağırdı. Həmin qurultay diaspor işinin sürətləndirilməsində təkanverici qüvvə rolunu oynadı. Son on iki ildə Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətində də bu sahəyə diqqət xüsusi yer tutur. 2006-cı və 2011-ci illərdə Dünya azərbaycanlılarının II və III qurultaylarının keçirilməsi bunun təsdiqidir. Keçirilən hər qurultay ötən dövrdə əldə olunan uğurlara bir baxış və qarşıdakı illər üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın qürur mənbəyidir.
Təbii ki, bu nailiyyətlərimizdə demokratik islahatlar və onların uğurlu nəticələri də az rol oynamayıb. Ulu öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasını, bir sözlə, demokratiya yolunu əsas xətt kimi önə çəkmiş, bu istiqamətdə uğurlu addımlar atmışdır. Azərbaycanın 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması da Onun demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə sübut etməsinin təsdiqidir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazası mövcuddur və bu, ilbəil təkmilləşdirilir. Konstitusiyamızın maddələrinin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına həsr olunub, vətəndaşlara bütün azadlıqlar verilib.
Dahi şəxsiyyət Heydər Əliyev, eyni zamanda, bu gün sıralarında 600 mindən artıq üzvü birləşdirən, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Partiyanın hansı şəraitdə, hansı zərurətdən yarandığı aydındır. Məhz o dövrün xarakteristikası fonunda qeyd edilir ki, YAP-ın yaradılması zamanın tələbi, xalqın istəyi idi. Azərbaycan ziyalılarının müraciətinə cavabında müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu söyləyən Ulu öndər Heydər Əliyev bildirib ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər: “Əgər belə partiya yaradılarsa onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Partiyanın yaradılmasından ötən 23 ilə yaxın dövr ərzində əldə etdiyi uğurlara diqqət yetirsək, Ulu öndər Heydər Əliyevin böyük qətiyyətlə söylədiyi bu fikirlərin reallıqda öz əksini tapdığının şahidi olarıq. Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi altında partiya daha da inkişaf edib, sıralarını kəmiyyət və keyfiyyət baxımından möhkəmləndirib. Partiyanın ölkədə keçirilən bütün seçki proseslərində uğur qazanması da Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamdan qaynaqlanır. Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb. Partiyanın atdığı hər addımda siyasi xəttinə sadiqliyi ona milyonların sevgisini qazandırıb. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan YAP hər zaman uğurlarımızın davamlılığına öz töhfəsini verməyə çalışır.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində inamla inkişaf edir, ən yüksək zirvələri fəth edir.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58

