Ermənipərəst Yunusovlar ədalət mühakiməsində layiqli cəzalarını aldılar
02.09.2015 [10:07]
Yaxud Azərbaycan xalqı xəyanəti heç zaman bağışlamır
Bu bir həqiqətdir ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi bəzi ermənipərəst, anti-azərbaycançı dairələri ciddi narahat edir. Və bunu həzm edə bilməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan, Azərbaycanı müstəqil inkişaf yolundan sapdırmağı hədəfləyən həmin xarici qüvvələr öz çirkin əməllərini reallaşdırmaq üçün ölkə daxilindəki “beşinci kolon” nümayəndələrindən faydalanırlar. Məhz bu kontekstdə özlərini “hüquq müdafiəçisi” kimi cəmiyyətə sırımağa çalışan Leyla və Arif Yunusovların fəaliyyəti “beşinci kolon”un əsl məqsədlərini aydınlaşdırmağa imkan verməklə yanaşı, bu cür təxribatçı insanlara qarşı hüquqi müstəvidə müvafiq tədbirlərin görülməsi zərurətini aktuallaşdırır.
Əslində, Leyla və Arif Yunusovların fəaliyyəti, ermənipərəst dairələrlə işbirlikləri, işğalçı ölkəyə bəslədikləri rəğbət haqqında ictimaiyyət kifayət qədər məlumatlıdır. Məlum olduğu kimi, Azərbaycan dilini yalnız söyüş vasitəsi kimi gördüyünü, “bu dildə ancaq söyüş söydüyünü” söyləyən Leyla Yunusova 2012-ci ildə ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsinə qarşı erməni diasporunun və onların təsiri altında fəaliyyət göstərən anti-azərbaycançı mərkəzlərin kampaniyasında da fəal rol almışdı. Belə ki, “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Almaniyaya səfər edən L.Yunusova Azərbaycana qarşı kampaniya aparacaq KİV-lərdən və QHT-lərdən ibarət qrupun formalaşdırılmasında fəal iştirak etmişdi. Mütəmadi olaraq, Azərbaycan haqqında həqiqətdən uzaq, reallıqla səsləşməyən, ölkəmizin mənfi imicinin formalaşdırılması niyyətinə xidmət edən məlumatların beynəlxalq təşkilatlara ötürülməsi, Azərbaycan haqqında qərəzli hesabatların hazırlanmasında birbaşa iştirak etməsi də L.Yunusovanın gündəlik fəaliyyətinin əsasını təşkil edirdi.
Ümumiyyətlə, bir daha vurğulamaq yerinə düşər ki, Leyla və Arif Yunusovların bütün fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlib. Ermənilərə xidmət etmək isə bu fəaliyyətdən “qırmızı xətt” kimi keçir. Xatırlatmaq yerinə düşər ki, hələ AXC-”Müsavat” hakimiyyəti dövründə Leyla Yunusovanın casusluq fəaliyyəti ilə məşğul olması haqqında müxtəlif məlumatlar var idi. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və videomaterialları erməni tərəfinə ötürüb. Bunun müqabilində də külli miqdarda pul əldə edib. Daha sonra nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunusova cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesabına köçürüb. Həmin vaxt Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunusov və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunusov da Azərbaycan haqqında məxfi materialları erməni tərəfinə ötürüblər.
O, Müdafiə Nazirliyindəki vəzifəsini itirdikdən sonra daha da azğınlaşıb və qohumları ilə əlaqələrini bir az da irəli aparıb. Belə ki, L.Yunusovanın erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olduğu yönündə mətbuatda məlumatlar işıq üzü görüb. Həmçinin, L.Yunusova erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50 min avro məbləğində iki dəfə qrant alıb. Başqa bir məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunusova Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Eyni zamanda, Leyla Yunusovanın Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibəti də olub. L.Yunusova Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. Onun müxtəlif beynəlxalq tədbirlərdə çıxışı zamanı məhz ermənilərin maraqlarını müdafiə etməsi və hadisələrə bu prizmadan yanaşması da sirr deyil.
Bütün bunlarla yanaşı, bu cütlük “QHT” adı altında qanunsuzluqlara, külli miqdarda vergi pozuntularına yol verib. Lakin Azərbaycan hüquqi dövlətdir və qanunu pozan hər bir kəs kimi Leyla və Arif Yunusovlar da layiqli cəzalarını aldılar. Azərbaycan cəmiyyəti məhkəmənin məlum qərarını dəstəkləyir. Bu məqamda onu da qeyd edək ki, bəzilərinə Leyla və Arif Yunusovların aqibəti dərs olmalı, onların “yolunu” davam etdirməməlidirlər. Çünki Azərbaycan xalqı xəyanəti heç zaman bağışlamır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

