“Bütün bunlar erməni vandalizminin, barbarlığının əyani təzahürüdür”
02.10.2015 [10:25]
Sahibə Qafarova: Ermənistanın heç bir təmsilçisinin multikulturalizmdən, humanizm dəyərlərindən danışmağa haqqı çatmır
Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun hazırladığı “Demokratik cəmiyyətlərdə din azadlığı və birgə yaşayış” mövzusunda qətnamənin müzakirələri zamanı çıxış edən erməni deputat Naira Zohrabyan növbəti dəfə Azərbaycanın ünvanına həqiqətdən uzaq ittihamlar səsləndirib. N.Zohrabyandan dərhal sonra çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçisi və “Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova isə onun ittihamlarına cavab verərək bildirib ki, müxtəlif beynəlxalq tribunalarda ələ düşən fürsətdən istifadə edərək Azərbaycanın ünvanına mənasız hədələr səsləndirmək, böhtan və uydurma ittihamlar irəli sürmək erməni siyasətçilərin artıq ənənəsinə çevrilib. Onlar bu yolla beynəlxalq ictimai rəyi çaşdırmağı qarşılarına məqsəd kimi qoysalar da, buna nail ola bilmirlər. Çünki beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul edir və bu, bir çox təşkilatların sənədlərində, qətnamələrində öz əksini tapıb: “Zohrabyanın ittihamlarına gəlincə isə, demək istəyirəm ki, bu gün Ermənistan dünyada olan azsaylı monoetnik dövlətlərdən biridir. Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Ermənistan Xocalıda və Azərbaycanın digər rayonlarında dəhşətli qətllər, soyqırımları törədib. Bu isə o deməkdir ki, bu dövlətin heç bir təmsilçisinin multikulturalizmdən, humanizm dəyərlərindən danışmağa mənəvi haqqı çatmır. Ermənistan bu gün işğal altında saxladığı Azərbaycan torpaqlarında tarixi abidələri, məscidləri dağıdıb, qəbiristanlıqları məhv edib. Bütün bunlar erməni vandalizminin, barbarlığının əyani təzahürüdür”.
Daha sonra ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən danışan millət vəkilinin sözlərinə görə, Azərbaycan öz təcrübəsində sübut edib ki, tolerantlıq, milli və mənəvi dəyərlərə qarşılıqlı hörmət, fərqli dinlərin nümayəndələrinə və onların ənənələrinə ehtiram sülh və təhlükəsizlik şəraitində yaşamağın ən uğurlu yoludur: “Mən böyük fəxrlə bildirirəm ki, Azərbaycanda multikulturalizm, tolerantlıq həyatın bütün sahələrində nailiyyətlərin əldə olunmasına, müxtəlif xalqların və fərqli dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgəyaşayışına imkan verir. Bu gün Azərbaycanda istər xristian icmasının, istər yəhudi icmasının təmsilçiləri əsas çoxluğu təşkil edən müsəlmanlarla real bərabər imkanlara və bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində hər bir ölkə vətəndaşının vicdan azadlığı təsbit olunub. Azərbaycanda məscidlə, sinaqoqu, kilsəni yanaşı görə bilərsiniz”.
“Dini fanatizm və ekstremizm bu gün bir çox ölkələri təhdid etməklə yanaşı, ksenofobiyanın və dini müxtəlifliyin təşviq olunmasına qarşı maneələrin güclənməsini şərtləndirir”, - deyən Sahibə Qafarova bildirib ki, demokratik cəmiyyətlərdə birgəyaşayışdan danışarkən burada dinlə bərabər, bir sıra digər amilləri də vurğulamaq lazımdır. Hazırda bir sıra maraq qruplarının din amilindən bir vasitə kimi istifadə etdiklərini diqqətə çatdıran millət vəkili əlavə edib ki, bu qruplar dini müxtəlifliyi sivilizasiyalar arasında mübarizənin əsas vasitəsi kimi təqdim edərək çox təhlükəli bir ideyanın əsasını qoyublar. Bununla yanaşı, bəzi separatçı təşkilatlar da öz fəaliyyətlərinə bəraət qazandırmaq üçün din amilindən istifadə etməkdədirlər: “Dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq çox vacibdir. Çünki dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindən biridir. Ona görə də milli hökumətlər bu məsələlərin həllinə diqqəti daha da artırmalı, dini dözümlülüyün gücləndirilməsinin terrorizmin, dini zəmində qarşıdurmaların meydana gəlməsinin qarşısının alınmasının, davamlı sülhün təmin olunmasının əsas yolu olduğunu dərk etməlidirlər”.
Sahibə Qafarova deyib ki, birgəyaşayış ənənələrinin möhkəmləndirilməsi müxtəlif dinlərin milli-mənəvi dəyərlərinin inkar olunması kimi dərk edilməməlidir. Birgəyaşayışın əsas formulası da məhz budur ki, müxtəlif dinlərin, xalqların tarixi, milli-mənəvi dəyərləri qarşılıqlı şəraitdə mühafizə olunmalıdır: “Biz səmimiyyətlə, qarşılıqlı hörmət və sevgi, güclü iradə ilə əməkdaşlığı gücləndirməli, dini və milli müxtəlifliyin nifaq səbəbi olmasının önünü kəsməliyik. Bunun yolu isə ortaq insani dəyərlərin qorunmasından keçir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

