/ / Prezident İlham Əliyev: Mən şübhə etmirəm ki, yaxın zamanlarda Azərbaycan çox zəngin ölkəyə çevriləcək
Prezident İlham Əliyev: Mən şübhə etmirəm ki, yaxın zamanlarda Azərbaycan çox zəngin ölkəyə çevriləcək
06.10.2015 [10:02]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 23-cü cildi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı rayonuna səfərinə dair materiallarla başlayır.
Dövlətimizin başçısı sərlövhəyə çıxarılmış fikirlərini də 2007-ci il martın 1-də Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin təməlqoyma mərasimində iştirakından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqində söyləyib. Prezident İlham Əliyev deyib: “Azərbaycanın beynəlxalq önəmi artır və biz regional çərçivədə daha fəal rol oynayırıq. Bizim təşəbbüsümüzlə həyata keçirilən transmilli layihələr həm ölkəmizin iqtisadiyyatını gücləndirir, həm də beynəlxalq imicini, önəmini artırır. Bu halda, bütün məsələlər daha da asanlıqla öz həllini tapacaqdır. Həm xarici siyasətdə, həm daxili siyasətdə, həm iqtisadi inkişafda, regionların sosial-iqtisadi inkişafında, müxtəlif sosial məsələlərin həllində - təhsil, səhiyyə, mədəniyyət, ekologiyada, bütün sahələrdə proqramlar var və bunlar ardıcıllıqla icra olunur. Mən şübhə etmirəm ki, yaxın zamanlarda Azərbaycan çox zəngin ölkəyə çevriləcək, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayacaqlar. Mənim məqsədim budur! Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin martından aprelinədək olan dövrü əhatə edir.
Bu cilddə Azərbaycan Prezidentinin respublikamızın bölgələrinə səfərləri, ölkəmizin iqtisadi, siyasi, mədəni həyatına, regionların sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxış və nitqləri, tapşırıq və tövsiyələri əksini tapıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində Prezident İlham Əliyevin Tacikistana, Rusiya Federasiyasına, Koreya Respublikasına rəsmi səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, ölkələr arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə rəvac verən nitqləri və çıxışları, həmçinin Bakıya rəsmi səfərə gələn Polşa Prezidenti Lex Kaçinski ilə görüşlərinə, danışıqlarına dair materiallar toplanıb.
Bu cilddə, həmçinin Prezident İlham Əliyevin Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda və Moskvada Mstislav Rostropoviçin 80 illik yubileyi şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqləri, KİV-lərə müsahibələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri də yer alıb.
Nəşrdə dövlətimizin başçısının Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini, eləcə də ölkəmizə səfər etmiş ayrı-ayrı dövlətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə, habelə ümumxalq tədbirlərində iştirakına dair materiallar, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqımıza müraciəti, eləcə də bəyanatları və məktubları da dərc olunub.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılmış 23-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57

