Azərbaycanda mövcud olan tolerantlıq yüksək qiymətləndirilib
06.10.2015 [10:10]
Oktyabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun Beynəlxalq Dini Etiqad Azadlığı ofisinin nümayəndələri Daniel Nadel və xanım Steysi Bernard Deyvis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, tolerantlıq, dini məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Allahşükür Paşazadə bu yaxınlarda Nyu-Yorkda “Vicdana çağırış” Fondunun yubiley tədbirində iştirak etdiyini və burada bir sıra görüşlər keçirdiyini xatırladıb.
Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan şeyxülislam ali mənəviyyat mənbəyimiz olan dinimizə Ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. O vurğulayıb ki, məhz Ümummilli lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
A.Paşazadə Azərbaycanda dini dözümlülük ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar. Heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan şeyxülislam ölkəmizin bu problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən tarixi, dini, mədəni abidlərin məhv edildiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu, dini abidələrin qorunduğunu söyləyib. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını diqqətə çatdırıb.
Daniel Nadel, xanım Steysi Bernard Deyvis təmsil etdikləri ofisin fəaliyyəti barədə məlumat verib, bu səfərin əhəmiyyətli olacağını söyləyiblər. Azərbaycandakı mövcud tolerantlıq mühitini yüksək qiymətləndirən qonaqlar diqqətə çatdırıblar ki, səfər zamanı ölkəmizin bu sahədəki təcrübəsini öyrənmək niyyətindədirlər.
Görüşdə iştirak edən Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycandakı katolik icmasının rəhbəri Vladimir Fekete, Bakı və Azərbaycan Yeparxiyasının təmsilçisi Konstantin, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına lazımi şərait yaradıldığını bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi və xristian məbədlərinin bərpası və təmiri - bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.
Sonra Allahşükür Paşazadə qonaqları maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

