Əli Həsənov: Seçkiləri izləmək üçün Azərbaycana kifayət qədər müşahidəçi gəlib
02.11.2015 [11:48]
Hesab edirəm ki, Milli Məclisə seçkiləri izləmək üçün Azərbaycana kifayət qədər müşahidəçi gəlib.
AZƏRTAC Seçki-2015.az saytına istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Əli Həsənov qeyd edib ki, hazırda seçkiləri 500-dən artıq xarici müşahidəçi, o cümlədən ölkə daxilindəki partiyaların müşahidəçiləri izləyirlər. Prezidentin köməkçisi deyib: “Bu gün axşama qədər müşahidələr aparılacaq. Əminəm ki, seçkidə ciddi qanun pozuntusu olmayacaq. Əlbəttə, heç bir seçki bu və ya digər mənfi hallardan sığortalanmayıb. Hər bir dövlət və onun seçki institutları çalışır ki, seçkilər maksimum şəffaf, ədalətli, qanunlar və Seçki Məcəlləsinin tələbləri çərçivəsində keçirilsin. Düşünürəm ki, buna da nail olacağıq. Seçiləcək deputatlar parlament ənənələrimizi davam etdirəcəklər. Azərbaycan dövləti və dövlətçiliyi getdikcə daha da möhkəmlənəcək, parlament də bu prosesdə öz rolunu oynayacaq”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərə müşahidə missiyası göndərməməsi ilə bağlı sualı cavablandıran Əli Həsənov bildirib: “Ölkəmizdə seçkinin legitimliyini Azərbaycan vətəndaşları müəyyən edir. Əgər Azərbaycan seçiciləri azad və demokratik şəkildə, heç bir kənar təsir olmadan öz seçici iradələrini ifadə edə bilirlərsə və onların ifadə etdiyi iradə mövcud qanunlar çərçivəsində reallaşdırılırsa, Azərbaycan xalqının da inamını qazanırsa, bizim üçün legitimlik ölçüsü budur. Bu və ya digər beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkiyə verdiyi rəyə gəlincə, əlbəttə, bu da müəyyən əhəmiyyət kəsb edir. Çünki biz beynəlxalq tərəfdaşlarımızla müəyyən məsələlərdə ortaq dəyərlər axtarırıq. İstəyirik ki, onlar da seçkiləri müşahidə etsinlər. Azərbaycanda kifayət qədər müşahidəçilər var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyətinə gəlincə, bu qurum neçə illərdir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı həmişə qərəzli mövqedən çıxış edir. Bu dəfə də Azərbaycan hökuməti ilə onlar arasında seçki müşahidəsinin metodologiyası ilə bağlı yaranan ayrı-seçkilik ona gətirib çıxardı ki, bu təşkilat öz iddialarından geri çəkilmədi və müşahidə missiyasından imtina etdi. Özləri bilər. Azərbaycan kimi kiçik ölkəyə 600-700 müşahidəçi ilə gəlmək onların qərəzli münasibətindən irəli gəlir. Səksən milyonluq əhalisi olan Türkiyə kimi böyük ölkələrdə 100-150 nəfərlə müşahidə aparırlar. Amma cəmi 5 milyon seçicisi, 10 milyona yaxın əhalisi olan Azərbaycana bunların 600-700 nəfərlə gəlmək istəyi bizim üçün anlaşılmazdır. Əvvəla, bu, kifayət qədər maddi problemlər yaradır. Digər tərəfdən, onların yerləşdirilməsi və başqa məsələlər var. Biz düşünürük ki, demokratik seçkini müşahidə etmək üçün heç müşahidəçilərin sayı önəmli rol oynamır. Burada yaradılmış şərait, seçicilərin səsvermə razılığı və seçki monitorinqini aparan qrupların məsələyə münasibəti əsasdır. Odur ki, biz düşünürük ki, bu institutun Azərbaycana gəlməməsinin ölkəmizdə seçkilərin demokratikliyi və ya qeyri-demokratikliyi ilə heç bir əlaqəsi yoxdur. Bunlar sadəcə olaraq öz subyektiv mülahizələri çərçivəsində bu addımı atıblar. Azərbaycan beynəlxalq təşkilatlarla əlaqə qurur, onlarla tərəfdaşlıq münasibəti yaradır. İstəyirik ki, xalqımızın iradəsini onlar da görsünlər, Azərbaycan xalqının əldə etdiyi dəyərlərə, demokratik seçki nailiyyətlərinə hörmətlə yanaşsınlar. Əgər onlar məsələlərə hörmətlə yanaşmırlarsa, biz də adekvat münasibət göstərəcəyik”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

