Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalyada Əlillərin Bərpa Mərkəzi ilə tanış olub
17.11.2015 [10:18]
AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə tanış olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı Əlillərin Bərpa Mərkəzində Türkiyənin birinci xanımı Əminə Ərdoğan qarşılayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva, Cənubi Afrika Respublikasının birinci xanımı Tobeka Madiba Zuma, Zimbabvenin birinci xanımı Qreys Muqabe, Malayziya Baş nazirinin xanımı Rosma Mansor və digər qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olublar.
Əvvəlcə əlillərə diqqət və qayğıdan, onların cəmiyyətə inteqrasiyasından bəhs edən videoçarx nümayiş olunub.
Mərkəzdə müalicə olunan uşaqlar qonaqları özlərinə məxsus şəkildə mədəni proqramla qarşılayıblar. Həssas təbəqənin nümayəndələri bir-birindən maraqlı çıxışlar ediblər.
Azərbaycanın birinci xanımına və digər qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, bu müəssisə Türkiyədə əlillərin ən böyük bərpa mərkəzlərindən biridir. Burada uşaqlarla yanaşı, onların valideynləri ilə də maarifləndirici işlər aparılır. Mərkəzin başlıca məqsədlərindən biri əlil uşaqların cəmiyyətə inteqrasiyasını və onların sosial-iqtisadi həyatda daha yaxından iştirakını təmin etməkdir.
Qonaqlar mərkəzdə tədris prosesi ilə maraqlanıblar.
Diqqətə çatdırılıb ki, burada əlillər üçün müxtəlif dərnəklər də fəaliyyət göstərir. Mərkəzdə fizioterapiya, nitqin inkişaf etdirilməsi, eşitmə, görmə problemi, zehni inkişaf çatışmazlıqları olan uşaqlara dəstək və s. proqramlar həyata keçirilir. Mütəxəssislərin fiziki və əqli problemləri olan yüzlərlə əlilin təlim-tərbiyəsi ilə gün ərzində məşğul olmaları üçün hər cür şərait var. Əlillər Mərkəzdə idmanla da məşğul olurlar.
Mərkəzdə əlillərin bərpa prosesi onların əlillik dərəcəsindən asılı olaraq müxtəlif mərhələlərlə həyata keçirilir. Müəssisədə müalicə alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir. Reabilitasiya prosesi ilə yanaşı, əlillərə mənəvi dəstək mərkəzin fəaliyyətində əsas yer tutur. Bu məktəbəqədər tibbi bərpa müəssisəsində əlillərin istedad və qabiliyyətlərinin üzə çıxarılması da diqqət mərkəzindədir. Mərkəzdə reabilitasiya keçənlərin bir çoxu əl işləri ilə seçilirlər.
Qonaqlar uşaqların əl işlərinə baxıblar.
Mərkəzlə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

