“Din xadiminin əlində “Quran” olar, avtomat yox”
02.12.2015 [10:10]
“Hər bir Azərbaycan vətəndaşı qanunvericiliyin tələblərinə əməl etməlidir. Kəndlər arasında ayrı-seçkilik olmaz və qanunun aliliyini hamı qorumalıdır. Dövlət hər kəsindir və vətəndaşlar üçün də lazımi addımları atır, sosial və digər problemləri həll edir ki, bu da adekvat olmalıdır”. “Modern.az” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Nardaran hadisələri barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dövlət bu addımları atırsa, bu, o demək deyil ki, kimdənsə və ya hansısa kənddən çəkinir: “Din xadimlərinin əlində “Quran” olar, avtomat, qumbara yox. Bu, dini məsələ yox, sırf təhlükəsizlik məsələsidir. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, Azərbaycandakı ictimai-siyasi sabitlik qorunsun. Vətəndaşlar qanundan sui-istifadə etməsinlər. Bu hadisələri kriminaldan daha böyük hadisə kimi qiymətləndirmək lazımdır”.
Deputat deyib ki, orada ixtisaslaşdırılmış və hazırlaşdırılmış dəstələrdən söhbət gedir: “Onların böyük əksəriyyətinin hətta Nardarana heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycanın ayrı regionlarından və bölgələrindən gələn, başqa ölkənin ərazisində təlim keçənlərdir, onlar sırf terror aktlarının həyata keçirilməsi, insanlarda xof yaradılması üçün hazırlanmış qrupdur.
Bunların planları digər ölkələrdə olduğu kimi terror aktlarının həyata keçirilməsi, dövlət və hökumət nümayəndələrinə qarşı süi-qəsdlərin təşkil olunması, dövlətin əsas fundamental konstitusion quruluşunun dəyişdirilməsidir. Nardaranda baş verən hadisələrlə əlaqədar “Dini etiqad azadlığı haqqında” qanuna müvafiq dəyişikliklər aparılacaq. Digər qanunvericilikdə də ciddi dəyişikliklər olmalıdır. Hər bir kəs bilməlidir ki, kim azad şəkildə dinə xidmət edirsə, bütün məscidlərin qapısı onlara açıqdır. Məscidləri özlərinə təşkilat qurmaq üçün istifadə edənlərə icazə verilməyəcək. Növbəti iclasda bu məsələ müzakirə olunacaq”.
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33

