15 İyun – Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və davamlı inkişafın təməli
11.06.2026 [12:02]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Azərbaycan xalqının müasir tarixində elə günlər vardır ki, onların əhəmiyyəti yalnız bir tarixi hadisə ilə məhdudlaşmır, bütöv bir dövlətin taleyini və gələcək inkişaf istiqamətini müəyyənləşdirir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə əlamətdar tarixlərdən biridir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunması, müstəqilliyinin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası və davamlı inkişaf strategiyasının əsasının qoyulduğu gün kimi tariximizə qızıl hərflərlə yazılmışdır.
XX əsrin sonlarında Sovet İttifaqının dağılması ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkə çox ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşdi. Ümummilli Lider Heydər Əliyevin 1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundakı vəzifələrindən istefa verməsindən qısa müddət sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları açıq şəkildə ortaya çıxdı və ölkəmiz üçün ağır sınaqlar dövrü başlandı. Sonrakı illərdə dövlət idarəçiliyində yaranan boşluqlar, siyasi təcrübəsizliyin doğurduğu problemlər, daxili qarşıdurmalar və silahlı qruplaşmaların fəaliyyəti Azərbaycanı parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu.
1993-cü ilin əvvəllərində ölkədə hökm sürən anarxiya, iqtisadi tənəzzül və vətəndaş müharibəsi təhlükəsi artıq dövlətçiliyin mövcudluğunu sual altına almışdı. Hakimiyyət daxilində yaranmış qarşıdurmalar, qanunsuz silahlı dəstələrin fəaliyyəti və ölkənin müxtəlif bölgələrində separatçılıq meyllərinin güclənməsi vəziyyəti daha da ağırlaşdırırdı. Azərbaycan xalqı bu mürəkkəb şəraitdə dövləti böhrandan çıxarmağa qadir olan yeganə siyasi lider kimi Heydər Əliyevə üz tutdu.
Xalqın təkidli çağırışına cavab verən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və böyük məsuliyyəti öz üzərinə götürdü. Onun qətiyyətli addımları nəticəsində ölkədə siyasi sabitliyin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirildi, dövlət idarəçiliyi sistemi yenidən formalaşdırıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı və Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaradıldı. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə xalqın dövlətçiliyin xilası naminə verdiyi tarixi qərarın rəmzinə çevrildi.
Milli Qurtuluşdan sonra ölkədə genişmiqyaslı islahatlar həyata keçirildi. Hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və nizami ordu quruculuğu gücləndirildi. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, xarici siyasətdə balanslaşdırılmış kurs müəyyən olundu və "Əsrin müqaviləsi" kimi mühüm iqtisadi layihələrin həyata keçirilməsi ilə ölkənin uzunmüddətli inkişaf strategiyasının əsası qoyuldu. Konstitusiyanın qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi və çoxpartiyalı siyasi sistemin inkişafı da həmin dövrün mühüm nailiyyətləri sırasında yer aldı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan dövlətçilik modeli Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik, milli həmrəylik və güclü dövlət institutları yaradıldı. Məhz bu siyasi kurs Azərbaycanın müasir dövrdə regional lider dövlətə çevrilməsinə imkan verdi.
Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni dövrün çağırışlarına uyğun şəkildə zənginləşdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, Vətən müharibəsində qazanılan tarixi Qələbə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri, Böyük Qayıdış proqramının icrası Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu nəticələridir. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Xankəndidə üçrəngli Azərbaycan bayrağının dalğalanması Heydər Əliyevin dövlətçilik ideyalarının təntənəsi kimi qiymətləndirilir.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik iradəsinin təcəssümüdür. Bu tarix təkcə keçmişdə yaşanan böhrandan çıxışın deyil, həm də müstəqil, güclü və qalib Azərbaycanın formalaşmasının başlanğıcıdır. Milli Qurtuluş ideyaları bu gün də ölkəmizin inkişaf yoluna işıq salır, dövlətimizin daha güclü, daha qüdrətli gələcəyinə inamı möhkəmləndirir və hər bir azərbaycanlı üçün milli qürur mənbəyi olaraq yaşayır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15

