/ / Azərbaycanın Baş nazirinin müavini Cenevrədə bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşüb
Azərbaycanın Baş nazirinin müavini Cenevrədə bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşüb
17.12.2015 [10:38]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində bir sıra görüşlər keçirib. Görüşlərdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də iştirak edib.
Əli Həsənovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşündə ölkəmiz ilə bu təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edilib və əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı təcrübəsi, xüsusilə dünyanın müxtəlif ölkələrindəki humanitar layihələrdə iştirakı təqdir olunub. Ölkəmizin bu sahədə zəngin təcrübəsi nəzərə alınaraq BQXK və Azərbaycan arasında əməkdaşlığın yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Dünyanın müxtəlif böhran bölgələrində BQXK ilə birgə layihələrin həyata keçirilməsi üçün hökumətə müraciət olunması təklif edilib. Görüşdə, həmçinin BQXK və onun tərəfdaşlarının əvvəllər olduğu kimi, əlavə dəyər vergisindən azad edilməsi və hökumət tərəfindən bu təşkilatın fəaliyyətinə maliyyə dəstəyinin artırılması məsələləri qaldırılıb.
Baş nazirin müavini görüşdə Azərbaycandakı mövcud sosial-iqtisadi inkişafdan bəhs edib, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini söyləyib, xüsusilə Azərbaycan Prezidenti tərəfindən 2020-ci ilədək müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib.
Əli Həsənov bu gün Azərbaycanda tolerant mühitin hökm sürdüyünü, müxtəlif dinlərə etiqad edən şəxslərin sərbəst şəkildə öz dini məbədlərində ibadət edə bildiyini, paytaxt Bakıda hətta erməni kilsəsinin olduğunu, monoetnik Ermənistanda isə məscidlərin dağıdıldığını qeyd edib. O, 9,6 milyondan artıq əhalisi olan Azərbaycanda 1,2 milyon qaçqın və məcburi köçkünün yaşadığını diqqətə çatdıraraq, Azərbaycan dövləti və hökumətinin bu sahədə gördüyü işlərdən danışıb.
Görüşdə müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyi və bu xüsusda təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğu qeyd edilib. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı məsələyə toxunulub. Baş nazirin müavini hərbi münaqişədən əziyyət çəkən və torpaqları işğal altında olan Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət barədə məlumat verib, o cümlədən bu beynəlxalq təşkilatın əsir və girovların saxlanma şəraitinin yaxşılaşdırılması, onların ailələri ilə ünsiyyət qurmasının təmin edilməsi istiqamətində böyük töhfə verə biləcəyini qeyd edib.
Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə BQXK-nın prezidentindən erməni əsirliyində olan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin müasir kommunikasiya imkanlarından istifadə edilməklə öz ailə üzvləri ilə birbaşa təmas qura bilməsi üçün kömək göstərilməsini xahiş edib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti P. Maurer təmsil etdiyi təşkilatın erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi şəkildə maraqlandığını və onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərildiyini deyib. O, Azərbaycanın qaçqın və köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib və ölkəmizin BQXK-nın fəaliyyətinə verdiyi güclü dəstəyə görə minnətdarlıq edib.
Görüşün sonunda Baş nazirin müavini Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentini Azərbaycana səfərə dəvət edib.
* * *
Baş nazirin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin daha bir görüşü Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrədə yerləşən mənzil-qərargahında bu təşkilatın baş direktoru Uilyam Leysi Svinq ilə keçirilib.
Görüşdə BMqT və Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.
Əli Həsənov ölkəmizin miqrasiya sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb və miqrasiya proseslərini tənzimləmək məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini qeyd edib. O, Azərbaycanın üzləşdiyi qaçqın problemi, BMT və digər təşkilatların müvafiq qətnamələrinin hələ də icra olunmaması, Azərbaycan torpaqlarının işğalı məsələsini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa ölkələri 600-700 min qaçqın problemi qarşısında aciz qalıb. Lakin 9,6 milyon nəfər əhalisi olan Azərbaycan ölkə rəhbərliyinin düzgün və humanist siyasəti nəticəsində onilliklərdən bəri 1,2 milyon qaçqın və məcburi köçkünlə bağlı problemlərin öhdəsindən gəlir.
Əli Həsənov BMqT-nin Bakıdakı ofisinin fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizin bu təşkilat ilə əməkdaşlığın gücləndirilməsi kontekstində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb.
Baş nazirin müavini Azərbaycanın sürətli inkişafı səbəbindən ölkəmizin miqrantlar üçün təyinat ölkəsinə çevrildiyini və miqrant axınının getdikcə artmasına baxmayaraq, hazırda ölkəmiz tərəfindən bu proseslərin lazımınca tənzimləndiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, gələcəkdə miqrant axınının güclənmə ehtimalını nəzərə alaraq, BMqT ilə əməkdaşlığı inkişaf etdirməyə ehtiyac duyulur.
Uilyam Leysi Svinq bu il sentyabrın 2-3-də Azərbaycana səfərini və Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırladıb, dövlətimizin başçısına səmimi salamlarını çatdırmağı xahiş edib. O, ölkəmizdə miqrasiya sahəsində aparılan tənzimləyici işləri, Miqrasiya Xidmətinin yaradılmasını, bu sahədəki fəaliyyəti alqışlayıb. Baş direktor Azərbaycan Prezidentinin birbaşa qayğısı ilə qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirib, buna görə ölkə rəhbərliyinə təşəkkür edib. O, ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri beynəlxalq qurumla Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcək. Uilyam Leysi Svinq Azərbaycanın bir çox ölkələrin əldə edə bilmədiyi uğura imza ataraq miqrasiya sahəsində vahid sistem yaratmağa nail olduğunu və bununla da ölkəmizin bir sıra dövlətlərə nümunə olduğunu qeyd edib.
Baş direktor, həmçinin BMqT və ölkəmizin müvafiq dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu xüsusda təşkilat ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) arasında əməkdaşlıq həyata keçirilməsini təklif edib.
Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Emil Həsənov və nümayəndəliyin əməkdaşları görüşlərdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04

