Səməd Seyidov: Azərbaycanın tolerantlıq təcrübəsi Tehran və Ər-Riyada kömək edə bilər
08.01.2016 [10:11]
“İran və Səudiyyə Ərəbistanı arasında münaqişənin bundan sonra da eskalasiyası neftin qiymətlərinin daha çox azalmasına gətirib çıxara bilər”. Bunu “Trend”-ə Milli Məclisin komitə sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səməd Seyidov deyib.
Onun sözlərinə görə, güman etmək olar ki, qısamüddətli perspektivdə neftin qiymətləri arta bilər, çünki hər iki ölkə enerji resurslarının çox iri tədarükçüsüdür: “Lakin uzunmüddətli perspektivdə qiymətlərin ciddi çökməsi baş verə bilər. Bu, dinamikadan da görünür: başlanğıcda neftin qiymətləri bir az artdı, lakin sonra münaqişədən əvvəlki səviyyədən də aşağı düşdü”.
S.Seyidov qeyd edib ki, digər tərəfdən, Tehran və Ər-Riyad münasibətlərində gərginliyin azalması regionda iqtisadi vəziyyətə müsbət təsir edə bilər: “Ola bilsin ki, elə əksinə fikir yürütmək lazımdır: qısamüddətli perspektivdə gərginliyin azalması qiymətlərin enməsinə gətirib çıxara bilər, lakin enerji resurslarına tələbatın gələcək artımının təməlini qoyacaq ki, bu da yeni boru kəmərlərinin tikintisi və iqtisadiyyatın inkişafı ilə müşayiət olunacaq”.
Deputat əlavə edib ki, regionda vəziyyət onsuz da olduqca mürəkkəb idi, son hadisələr fonunda isə geosiyasi vəziyyət daha da çətinləşdi: “Regionda hazırda güc balansı dəyişir və bu, enerji daşıyıcılarının qiymətləri ətrafındakı iqtisadi vəziyyətlə sıx bağlıdır. Sanksiyalardan azad olunmuş İran səhnəyə çıxır və onun böyük neft-qaz potensialı var. Səudiyyə Ərəbistanı isə bu bazarda ənənəvi olaraq ən güclü oyunçudur. Bununla yanaşı, Səudiyyə Ərəbistanının ABŞ-la və Qərb dünyası ilə tarixi əlaqələrini nəzərə almaq lazımdır”.
Onun sözlərinə əsasən, əgər İran və Səudiyyə Ərəbistanı aralarında yaranmış problemi həll etmək üçün Azərbaycanın multikulturalizm və dini tolerantlıq təcrübəsindən istifadə etsə, bu, bütün regiona müsbət təsir edəcək: “Bizim Səudiyyə Ərəbistanı və qonşumuz İranla çox yaxşı münasibətlərimiz var. Azərbaycan şiələrin və sünnilərin dinc yaşadıqları ölkədir. Biz onların cavab vermədiyi suallara cavab verən ölkəyik”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

