Hikmət Babaoğlu: Yaxın Şərq Əfqanıstana çevrilənə qədər oyun davam edəcək
09.01.2016 [13:02]
“Çox təəssüf ki, bizim də tarixən dini və mədəni baxımdan aid olduğumuz siyasi coğrafiyada hadisələrin inkişafı get-gedə daha da dramatikləşir. Baş verənləri realist mövqedən təhlil etsək görəcəyik ki, yaxın və ortamüddətli perspektivdə daha pis ssenariyə hazır olmalıyıq”. Bu fikirləri SİA-ya millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu İranla Səudiyyə Ərəbistanı arasında gedən münaqişəni şərh edərkən deyib.
Millət vəkili bildirib ki, böyük bir mədəni-siyasi coğrafiyanı müharibə poliqonuna çevirən hadisələr bu regionun təbii hərbi-siyasi münasibətlərinin nəticəsi kimi yox, xaricdə hazırlanıb tətbiq edilən ssenari nəticəsində meydana çıxıb: “Deməli, baş verən faciəvi hadisələrin bundan sonrakı inkişaf dinamikası da regional dövlətlərin iradəsindən asılı olmayacaq. Başqa sözlə, ssenari müəllifi olan Qərb imperializmi Yaxın Şərqi Əfqanıstana çevirənə qədər regionda oyununu davam etdirəcək. Elə bu məqsədlə də bu tragedik oyuna hər gün yeni aktorlar cəlb edilir. Ən son cəlb edilən iki ölkə isə ənənəvi olaraq Yaxın Şərqdə söz sahibi olan ölkələrdir. Hadisələr bu cür davam edərsə, biz tarixdə görünməmiş müharibə vəhşətləri ilə üz-üzə qalacağıq. Çünki imperializmin son oyunu mənəviyyatsızlıq baxımından hərb tarixində tayı-bərabəri olmayan oyundur. Hesab edirəm ki, Səudiyyə Ərəbistanı da, qonşumuz İran da hər hansı addımı atmazdan əvvəl iki dəfə düşünməlidirlər. Əks təqdirdə gözlərini açmağa macal tapmamış özlərini amansız müharibənin içərisində görə bilərlər”.
Bu hadisənin Azərbaycana təsirinin olub-olmayacağına gəlincə, millət vəkili qeyd edib ki, bu hadisə Azərbaycana təsirsiz ötüşə bilməz: “Birincisi, biz istəsək də, istəməsək də bu coğrafiya ilə bütövük. İkincisi isə, İranda əhalinin böyük bir hissəsi ya bizim soydaşlarımızdır, ya da dindaşlarımızdır. Səudiyyə Ərəbistanı isə dini-mənəvi baxımdan bizim üçün dəyərlidir. Ona görə də Azərbaycan qonşu dövlətlərin daxili işlərinə qarışmadan bu münaqişənin ən qısa müddətdə, soyuqqanlılıqla həll edilməsinin tərəfdarıdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01

