Parlamentin komitə iclasında “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib
28.01.2016 [10:00]
Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin 2016-cı ildə ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda yeni hazırlanan “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Komitə sədri İsa Həbibbəyli bildirib ki, ötən ilin fevralında “Elm haqqında” qanun layihəsinin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra sənədə əlaqədar qurumlarla birgə baxılıb. Ötən müddətdə ölkədə və beynəlxalq aləmdə baş verən proseslər, elm sahəsindəki yeniliklər nəzərə alınmaqla layihə xeyli təkmilləşdirilib, müasir dövrün tələblərinə uyğunlaşdırılıb. “Qanun prosesləri öz arxasınca aparmalı, stimullaşdırmalı, genişləndirməlidir”, - deyən komitə sədri qeyd edib ki, sənədə bir sıra yeni müddəalar, o cümlədən innovasiya və sahibkarlıq fəaliyyəti, multikulturalizm, tolerantlıqla bağlı yeni maddələr salınıb. Azərbaycan Milli Elmlər Akademiyasının yeni qurumlar yaratmaq funksiyaları, ekspedisiya təşkili və digər məsələlər layihədə əksini tapır. Dövlətin elmi-texniki fəaliyyət sahəsində sərmayə, o cümlədən xarici investorların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada güzəştlərin verilməsi təklif olunur. Yəni, qrant hesabına, elmin inkişafı üçün gərəkli, lakin ölkədə istehsal edilməyən zəruri avadanlıqların güzəştli şərtlərlə, yaxud da vergilərin tətbiq olunmadan respublikaya gətirilməsi kimi məsələlər təklif edilir. Yeniliklərdən biri də magistr hazırlığı ilə bağlıdır ki, təhsilin bu pilləsinin iki hissəyə ayrılması təklif olunur. Belə ki, magistr pilləsində peşəkar məqsədlər üçün ixtisas magistrləri, elmi fəaliyyətlə məşğul olmaq üçün isə tədqiqat magistrləri üzrə təhsilin həyata keçirilməsi təklif edilir.
Komitə sədri bu məsələnin gələcəkdə gənclərin elm sahəsinə daha çox üz tutması məsələsinin sürətlənməsi və stimullaşmasına yardımçı olacağını söyləyib. Eləcə də layihədən dövlət təhlükəsizliyinə dair sahələr istisna olmaqla, elmi fəaliyyətin bəzi sahələrinə qoyulan məhdudiyyətlər çıxarılır.
İclasda çıxış edən Milli Məclisin deputatları bildiriblər ki, layihə dövlətin elm sahəsində həyata keçirdiyi siyasətə, ölkədə və dünyada cərəyan edən proseslərə cavab verir.
Deputatlar layihənin ikinci oxunuşda parlamentdə müzakirəyə çıxarılmasını məqbul hesab ediblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

