Naxçıvanda İran İslam İnqilabının 37-ci ildönümü qeyd olunub
13.02.2016 [11:26]
Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı - İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Azərbaycan Respublikasının və İran İslam Respublikasının Dövlət himnləri səsləndirildikdən sonra “Qurani-Kərim”dən ayələr oxunub.
Tədbirdə İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom çıxış edərək deyib ki, 1979-cu ildə yaranan İran İslam Respublikası ötən dövrdə uğurlu inkişaf yolu keçib, dünya ölkələri ilə səmərəli əməkdaşlıq qurulub. İran İslam Respublikası xarici siyasət kursunda Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Ötən dövrdə həyata keçirilən tədbirlər siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin inkişafında əhəmiyyətli rola malik olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının yaranmasının 37-ci ildönümü münasibətilə dost və qardaş İran xalqını təbrik edərək deyib: “Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-İran əlaqələri bu gün dostluq, mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq şəraitində davam və inkişaf etdirilir. Dövlətlərarası münasibətlər hər iki ölkə prezidentlərinin səyləri ilə daha da möhkəmləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır. Bu əməkdaşlıq daha da güclənəcəkdir”.
Qeyd olunub ki, ölkələrimiz arasındakı münasibətlərin tərkib hissəsi kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri arasında da səmərəli əməkdaşlıq vardır. Son illər həyata keçirilən qarşılıqlı rəsmi səfərlər və bu zaman imzalanan sənədlər əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Hazırda energetika, kənd təsərrüfatı, iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əlaqələr inkişaf etdirilir.
Ali Məclisin Sədri əlaqələrin inkişafında İran İslam Respublikasının Naxçıvandakı Baş konsulluğunun xidmətlərini qeyd edib, Baş konsula və əməkdaşlarına təşəkkürünü bildirib, İran İslam Respublikasına inkişaf və tərəqqi arzulayıb.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38

