Macarıstan Baş nazirinin xanımı Heydər Əliyev Mərkəzində olub
08.03.2016 [10:24]
Martın 6-da Azərbaycanda səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai Heydər Əliyev Mərkəzində olub.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa Mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi və tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, Aniko Levai əvvəlcə Mərkəzdə britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (“On the other side”) adlı fərdi sərgisi ilə tanış olub. Qonağa sərgidə nümayiş olunan əsərlər barədə məlumat verilib. Qeyd olunub ki, 2015-ci il dekabrın 18-də açılan sərgi bu il iyulun 15-dək davam edəcək.
Macarıstan Baş nazirinin xanımı Heydər Əliyev Fondunun Budapeştdəki Laslo Battiani adına Roma Katolik Mərkəzində görmə qabiliyyəti zəif olan uşaqlar üçün yataqxana və tədris korpuslarının inşası ilə bağlı layihəsini yüksək qiymətləndirib. Orada uşaqların reabilitasiya kursu keçməsi üçün lazımi şəraitin yaradıldığını məmnunluqla qeyd edən qonaq Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Aniko Levai sonra Mərkəzdəki “Klassik avtomobil sərgisi” ilə tanış olub. Azərbaycan Avtomobil Federasiyası və Mərkəzin birgə layihəsi olan bu sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edir, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış olmaq imkanı qazanırlar.
Macarıstan Baş nazirinin xanımı Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə də baxıb.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqda xoş təəssürat doğurub.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30

