Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq strateji səviyyəyə yüksəlib
15.03.2016 [10:06]
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti ilə martın 14-də Milli Məclisdə görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek ilə Milli Məclisin sədri Oqtay Əsədovun təkbətək görüşü olub. Sonra görüş geniş tərkibdə davam edib.
Azərbaycan ilə Çexiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Oqtay Əsədov parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib. O, əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüşlərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Milli Məclisin sədri ölkələrimiz arasında hüquqi bazanın da mövcud olduğunu deyib və bu istiqamətdə işlərin davam etdirilməsinin önəmini qeyd edib. Oqtay Əsədov Bakıda Azərbaycan ilə Çexiya arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ölkələrimizin əməkdaşlığının inkişafında əsas yaradan hüquqi bazanı möhkəmləndirəcəyini diqqətə çatdırıb.
Milli Məclisin sədri hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyətinin məmnunluq doğurduğunu bildirib. O, Çexiya Parlamenti Deputatlar Palatasının xarici əlaqələr komitəsinin Xocalı soyqırımı haqqında qərar qəbul etməsini Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyib.
İqtisadi sahədəki əməkdaşlıqdan danışan Oqtay Əsədov bu günədək Çexiya tərəfindən Azərbaycana ümumilikdə 1 milyard dollardan çox investisiya qoyduğunu vurğulayıb. O, 2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 610 milyon dollar təşkil etdiyini söyləyib. Milli Məclisin sədri, eyni zamanda, Çexiyanın neftə olan ehtiyacının 31,5 faizini Azərbaycan tərəfindən ödənildiyini qeyd edib.
Yan Hamaçek Azərbaycan ilə Çexiya arasında əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini söyləyib, həmçinin, əlaqələrin daha da inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb. Çexiya və Azərbaycan parlamentləri arasında əlaqələrin məmnunluq doğurduğunu vurğulayan Yan Hamaçek bu səfərin münasibətlərimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Yan Hamaçek Çexiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini və bu problemə dair beynəlxalq təşkilatların qətnamə və qərarlarını dəstəklədiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

