/ / “Əl-Cəzirə” kanalı ermənilərin azərbaycanlı mülki əhaliyə vurduğu ziyanla bağlı reportaj yayımlayıb
“Əl-Cəzirə” kanalı ermənilərin azərbaycanlı mülki əhaliyə vurduğu ziyanla bağlı reportaj yayımlayıb
04.05.2016 [10:12]
Qətərin “Əl-Cəzirə” telekanalı ermənilərin artilleriya zərbələri nəticəsində azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı reportaj yayımlayıb.
Telekanalın cəbhə xəttindən hazırladığı reportaj belə başlayır: “Bu kadrlar erməni işğalçı qüvvələrinin ağır silahlardan istifadə edərək Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Mahrızlı kəndini müntəzəm şəkildə atəşə tutması nəticəsində meydana gələn dağıntının miqyasını tam əks etdirmir. Belə ki, bu, erməni qüvvələrinin genişmiqyaslı bombardmanına məruz qalan yeganə yer deyil. Eyni zamanda, cəbhə bölgəsində və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən digər çoxsaylı kəndlər də bənzər hücuma məruz qalıblar. Bu yaşayış məntəqələri erməni silahlı birləşmələri tərəfindən ötən ayın son günlərində yenidən şiddətli atəşə tutulub”.
Reportajda vurğulanır ki, erməni silahlı birləşmələri atəşkəs rejimini cəbhənin müxtəlif istiqamətlərində, həmçinin dövlət sərhədi boyunca hər gün 100 dəfədən çox pozur. Bu zaman minaatanlardan, top və digər ağır silahlardan istifadə edilir. Bu şiddətli atəşlər cəbhə xəttinə yaxın yaşayış məntəqələrində saysız-hesabsız dağıntılara, həmçinin mülki əhali arasında xeyli ölüm və yaralanma hallarına səbəb olur. Yaralılar yaxınlıqda yerləşən tibb məntəqələrinə çatdırılır. Rəsmi məlumatlara görə, erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən son bombardmandan sonra yüzlərlə ev və mülki obyekt dağıdılıb, yaxud yararsız hala düşüb. Yerli infrastruktura, əhalinin təsərrüfatına böyük zərər dəyib.
Reportajın sonunda qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. BMT Təhlükəsizlik Şurası bu münaqişəyə dair 4 qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan indiyədək bu qətnamələrə məhəl qoymur.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16

