/ / BBC ermənilərin artilleriya zərbələri nəticəsində azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı məqalə yayıb
BBC ermənilərin artilleriya zərbələri nəticəsində azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı məqalə yayıb
04.05.2016 [10:13]
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinə endirdiyi artilleriya zərbələri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün həmin kəndlərə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, xarici jurnalistlər arasında olan BBC-nin əməkdaşı Tom Burridge cəbhə xəttindəki vəziyyətlə bağlı geniş məqalə hazırlayıb, yerli sakinlərdən müsahibələr götürüb. Məqalədə 65 yaşlı Ələkbər Ələkbərovun aşağıdakı sözlərinə yer verilir: “Evdə oturub çay içə-içə futbola baxırdım. Birdən kəndin üzərinə bombalar yağmağa başladı”.
Müəllif yazır: “Erməniləri faşist adlandıran kənd sakini dağılmış evini bizə göstərərək xoşbəxtlikdən sağ qaldığını bildirdi”.
“Biz torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq istəyirik. Lakin əgər bu, mümkün olmasa, mən doğma Vətənim uğrunda döyüşməyə hazıram”, - deyə Ələkbər Ələkbərov qeyd edir.
Tom Burridge yazır ki, yerli və xarici jurnalistlər dağılmış və yandırılmış binaları görmək üçün bir neçə kənddə və iki xəstəxanada oldular.
“Kəndlərin birində biz qardaşının şəklini qucağında tutan Qənbər Mustafayev və yaxınlarını itirmiş bir neçə sakin ilə görüşdük. Qənbər qardaşının şəhid olduğunu, özünün də Vətən uğrunda canından keçməyə hazır olduğunu bildirdi”, - deyə müəllif diqqətə çatdırır.
Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə də yer verilir. O deyir ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasını tələb edən dörd qətnamə qəbul edib. Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinə sadiqdir. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycanın tərəfindədir.
Məqalədə Ermənistan silahlı qüvvələrinin artilleriya zərbələri nəticəsində dağılmış evlərin, ziyan çəkmiş mülki şəxslərin və xəstəxanada müalicə olunan yaralıların fotoşəkilləri də yer alıb.
Xəbər lenti
Hamısına baxİdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39

