/ / Azərbaycanın Dostları Assosiasiyası BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı bəyanat yayıb
Azərbaycanın Dostları Assosiasiyası BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı bəyanat yayıb
12.05.2016 [09:41]
Azərbaycanın Dostları Assosiasiyasının nümayəndə heyəti aprelin 25-dən 27-dək Bakıda BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında keçirilən VII Qlobal Forumunda iştirak edib.
Nümayəndə heyətinin üzvləri Bakıda keçirilən VII Qlobal Forumla bağlı bəyanat yayıblar.
Bəyanatda nümayəndə heyətinin üzvləri Azərbaycanda hər bir etiqada nümunəvi hörməti və ölkədə müsəlman, xristian və yəhudilərin mehriban birgəyaşama təcrübəsini nəzərə alaraq VII Qlobal Forumun Bakıda keçirilməsi seçimini alqışlayırlar. 147 ölkədən 4000-dən çox nümayəndənin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etdiyi vurğulanaraq BMT-nin Forumla bağlı bəyanatı nümayəndə heyətinin bəyanatına əlavə edilib.
Bildirilir ki, Fransa nümayəndə heyəti üzvlərinin Forum çərçivəsində Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də parlamentarilər ilə görüşləri keçirilib. Görüşlərdə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə (822, 854, 874 və 884) baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunun işğalına son qoyulması üçün Fransanın rolu haqqında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Fransaya olan böyük və dost maraqlarına cavab olaraq nümayəndə heyətinin üzvü Jan-Luk Reitzer Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhəri ilə bir hissəsi hələ də Ermənistanın işğalı altında olan Füzuli rayonunun cəbhə xəttinin bir neçə kilometrliyində yerləşən Horadiz şəhəri arasında qardaşlaşma və dostluq xartiyasının imzalanması mərasimi ilə səfəri yekunlaşdırdığı qeyd olunur.
Nümayəndə heyətinin üzvləri bu səfər çərçivəsində neftin qiyməti düşəndən sonra əhalinin həyat səviyyəsinin və Fransada yayılan şablon ideyaların əksinə olaraq demokratiyanın daim təkmilləşməsi istiqamətində Azərbaycan hökumətinin reaktivliyinin şahidi olduqlarını diqqətə çatdırırlar.
Bəyanatı keçmiş deputat, Yvelines Departamenti Şurasının sədr müavini Cesil Dümulen, Tyr-ın qorunub saxlanması Fondunun sədri, UNESCO-nun xoşməramlı səfiri Maha Şalabi, Kadourra Filantrop Fondunun sədri və HARVARD Şurasının üzvü Maha Kaddura, yazıçı, Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun üzvü Jan Pyer Allali, Paprec-in sədr müavini Klod Solarz, Parisin 6-cı rayonunun meri, İle de France-ın regional müşaviri Jan-Pyer Lökok, Altkirch şəhərinin deputatı və meri Jen-Luk Reitzer, deputat, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45

