Ermənistan rejimi terror fəlsəfəsindən və faşist ideologiyasından qidalanır
24.06.2016 [10:00]
İşğalçı ölkədə faşist generalı Njdeyə abidə ucaldılması ciddi qınaq obyektinə çevrilib
Hazırda beynəlxalq münasibətlər sistemində forpost kimi tanınan, işğalçı siyasət həyata keçirən Ermənistan həm də terrorçu dövlətdir. Terroru öz siyasi-ideoloji kursunda başlıca vasitə kimi müəyyənləşdirən bu ölkənin bu cür dağıdıcı ideyalardan “qidalandığı” reallıqdır. Buna paralel olaraq işğalçı ölkə rəhbərliyi terror fəlsəfəsindən və faşist ideologiyasından çıxış edərək həm də dünya ictimaiyyəti tərəfindən qəbul edilməyən bir sıra davranışlara yol verir.
Bəlli olduğu kimi, mayın 28-də paytaxt Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə təntənəli surətdə faşist generalı, Hitlerin əlaltılarından biri, Vermahtın erməni cəza legionunun əsasını qoymuş, general Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulması ciddi qınaq obyektinə çevrilib. Hitler və Himlerin yaxın adamları olan erməni generalı Njde, eləcə də bundan əvvəl “milli qəhrəman” kimi xatirəsi əbədiləşdirilən general Dro (Drastamat Kanayan) Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına “uyğun gəlməyən” digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyırlar.
Qeyd etmək lazımdır ki, bu məsələ beynəlxalq KİV-lərin də aparıcı mövzularından birinə çevrilib. Bu günlərdə haqqında söhbət açılan mövzu İsrailin mətbuatının da gündəmini zəbt edib. Bir neçə gün öncə İsrailin paytaxtında təşkil olunan konfrans məhz bu məsələyə həsr olunub. Konfransda vaxtilə keçmiş SSRİ ərazisində yaşayan və sovet qoşunları tərkibində Hitler ordusuna qarşı döyüşən Böyük Vətən müharibəsi iştirakçıları iştirak ediblər, keçmiş ittifaqın üzvü olan bir ölkədə - Ermənistanda faşist generalına abidə qoyulması kəskin şəkildə tənqid olunub. Çıxışlarda bu addımın Serj Sarkisyan rejiminin ölkədə yürütdüyü uğursuz, səbatsız siyasətin nəticəsi olduğu vurğulanıb. Bununla yanaşı, İsraildə nəşr olunan ingilisdilli “The Jerusalem Post” qəzetində də nasistin şərəfinə heykəl ucaldan Ermənistanın ünvanına sərt fikirlər yer alıb. Məqalədə “Ermənistanda nasist Njdeyə abidə ucaldılması faktı bizim üçün təhqirdir. Biz nasistlərlə işbirliyində olan, eləcə də Hitlerin hərbi birləşmələrinə yardım edənlərin xatirəsinin belə əbədiləşdirilməsinə imkan verməməliyik”, - deyə qeyd edilib.
Digər məqam budur ki, BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün artmasına səbəb olan digər hallara qarşı mübarizə” adlı Qətnaməsində faşizmin bütün təzahürləri pislənir. Və bu Qətnaməyə qoşulmuş Ermənistanda isə faşist rejiminə sədaqət andı içmiş şəxslərə abidə ucaldılır.
Şübhəsiz, bütün bunlar terror fəlsəfəsindən “qidalanan” Ermənistan rejiminin iç üzünü, hansı niyyətlərə xidmət etdiyini aşkar edir. Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin qeyd etdiyi kimi, alman faşist SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın, habelə ASALA terrorçusu Monte Melkonyanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir: “Njde Qaregin və Drastamat Kanayan 1918-1920-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı davam etdirib. Faşistlərin irqi ayrı-seçkilik, “Ari” irqi və antisemitizm ideologiyasina sahib çıxaraq Njde Qareginin formalaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika Partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

