/ / Qulam İsakzai: Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı bütün dünyada təqdir olunur
Qulam İsakzai: Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı bütün dünyada təqdir olunur
25.06.2016 [12:40]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 24-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşüb.
Dövlətqaçqınkomun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş nazirin müavini Əli Həsənov BMT-nin baş katibi Pan Gi Mun, təşkilatın Azərbaycandakı rezident əlaqələndiriciləri ilə görüşlərini xatırlayıb, ölkəmiz ilə BMT arasındakı əməkdaşlığın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, BMT agentlikləri 20 il ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olub.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan Hökuməti ilə BMT agentlikləri arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçildiyini vurğulayıb. O bir daha bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər yüksək səviyyəli rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.
Baş nazirin müavini münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət göstərən BMT agentliklərinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən BMT agentlikləri 1992-2015-ci illər ərzində Azərbaycanda humanitar və inkişaf layihələrinə 290 milyon ABŞ dollarından çox vəsait ayırıb. Ondan 115 milyon dolları BMT-nin Dünya Ərzaq Proqramının (WFP) Azərbaycandakı nümayəndəliyinin xətti ilə, 112 milyon dolları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin xətti ilə sırf qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxslərin sosial müdafiəsinə, qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilib.
Əli Həsənov deyib: “Problem yarananda ölkəyə ilk gələn BMT qurumları olub. O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt Azərbaycana gəlməsəydilər ölkədə humanitar fəlakət yaranardı. Bu gün Azərbaycan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadıqları Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə kimi göstərilir. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Hazırda bu göstərici 5 faiz səviyyəsindədir. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci ilədək iqtisadiyyatın neftdən asılılığının, yoxsulluğun aradan qaldırılacağı nəzərdə tutulur. Bu gün Azərbaycanı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Buna misal kimi “Eurovision” mahnı müsabiqəsini, birinci Avropa Oyunlarını, dünyanı narahat edən çox önəmli məsələlərin müzakirə edildiyi Qlobal forumları, bu günlərdə keçirilən Formula-1 yarışını və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək olar. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü konkret işlərin nəticələridir”.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Əli Həsənov bildirib: “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bu gün bizim 1 milyon 200 min qaçqın və məcburi köçkünümüz var. ATƏT-in Minsk qrupu yarandığı vaxtdan indiyədək bu problemi həll etmək üçün heç bir konkret addım atmayıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, biz müharibə istəmirik və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ermənistandakı faşist rejimi düz yola gəlməyəcəyi təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq beynəlxalq hüquqa söykənərək öz torpaqlarını istənilən yolla azad edəcək. Münaqişənin həll edilməməsinin yeganə səbəbi Ermənistan rejiminin konstruktiv mövqe tutmamasıdır, çünki onlar bu münaqişə üzərindən hakimiyyətə gəliblər. Dünyanın böyük dövlətləri isə bu problemin həll edilməsinə laqeyd yanaşırlar. Nə üçün BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlar icra olunmur? Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə həmişə müsəlman ölkələrinin həmrəyliyinin vacibliyini vurğulayıb. Əgər bu gün dünyadakı konflikt zonalarına nəzər salsaq görərik ki, bu problemlərdən daha çox ziyan çəkən müsəlman ölkələridir. Nəticədə günahsız insanlar əziyyət çəkirlər. Ancaq hesab edirəm ki, dünyada bu ədalətsizliklər daim davam edə bilməz”.
Bu gün dünyada münaqişələrin heç birinin həll edilməməsinə toxunan Baş nazirin müavini deyib: “Qaçqın, miqrant, məcburi köçkün problemi dünyada həmişə olub. İkinci Dünya müharibəsindən sonra münaqişələrin sayı artdıqca qaçqın və miqrantların sayı da get-gedə artmağa başladı. Son 20-30 ildə dünyada hansı problem həll olunub? İraqda, Əfqanıstanda, Liviyada, Misirdə guya özlərinin dedikləri kimi diktatura rejimini dəyişdilər. Bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hər gün yüzlərlə insan ölür. Bizə isə demokratiya, insan hüquqlarının qorunması dərsi keçmək istəyirlər”.
BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Qulam İsakzai Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O qeyd edib ki, fəaliyyəti dövründə dünyanın bir çox konflikt zonalarında çalışıb, lakin Azərbaycan Prezidentinin ölkədəki qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı bütün dünyada təqdir olunur.
Diplomat növbəti 5 il ərzində ölkəmizdə fəaliyyət göstərəcəkləri sahələrlə bağlı təkliflər hazırladıqlarını bildirib və Azərbaycan ilə BMT arasında əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

