Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
25.06.2016 [12:43]
Sonuncu iclasda millət vəkilləri 6 qanun layihəsini müzakirə edərək qəbul ediblər
Dünən Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiqlənib. Əvvəlcə Vergi Məcəlləsinə dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Layihə haqqında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Dəyişikliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Bununla əlaqədar vergi ödəyicisinə əlavə dəyər vergisinin qaytarılması şərtilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək hüququ verilir. Eləcə də vergi orqanlarının vəzifələri sırasına əlavə dəyər vergisinin qaytarılması şərtilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmaq, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etmək, əlavə dəyər vergisinin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük-sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etmək də əlavə olunur.
Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə edilən bu dəyişiklik Azərbaycana xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədini daşıyır. Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin, yəni “Tax free”nin tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnib. Geri qaytarılmış əlavə dəyər vergisinin məbləğinin isə ticarətdə iqtisadi aktivliyin artması fonunda əldə ediləcək mənfəətdən tutulan vergilər hesabına kompensasiya olunması nəzərdə tutulur.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Vergi Məcəlləsinə nəzərdə tutulan bu dəyişikliklərin vacib olduğunu bildirib. O qeyd edib ki, dəyişikliklər nəticəsində ölkəmizə xarici turistlərin gəlişi artacaq, eləcə də ticarət dövriyyəsi genişlənəcək. Millət vəkilinin sözlərinə görə, bu təcrübə dünyanın bir çox ölkələrində mövcuddur.
Çıxış edən digər deputatlar da “Tax free”nin Azərbaycanda ticarət dövriyyəsinin artmasına və turizmin inkişafına təkan verəcəyini bildiriblər. Dəyişikliyin günün tələbi olduğu vurğulanıb.
Sonra iclasda Miqrasiya, İnzibati Xətalar, Mülki, Mülki Prosessual məcəllələrində, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilib. Layihə haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən Azərbaycanda investisiya qiymətli kağızları həm də sənədli olmaqla adlı formada da buraxılacaq. Mövcud qanunvericiliyə uyğun olaraq indiyədək investisiya qiymətli kağızları sənədsiz adlı formada buraxılıb.
İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin sanksiyası isə yeni redaksiyada verilir. Belə ki, aparılması və ya qaytarılması məcburi olan, əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə ediləcək. Yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin 70 faizindən 100 faizinədək məbləğdə cərimə olunacaq, yaxud inzibati qaydada Azərbaycanın hüdudlarından kənara çıxarılacaq.
Bu məcəlləyə edilən digər bir dəyişikliyə görə isə normadan artıq yük daşıyan və bu səbəbdən yolların sıradan çıxmasına səbəb olan şəxslər cərimə olunacaq. Millət vəkili Çingiz Qənizadə bu dəyişikliyi müsbət qiymətləndirib.
Bu yeniliyi müsbət qiymətləndirən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə təklif edib ki, bu cərimələr təkcə ölkə vətəndaşlarına deyil, xarici vətəndaşlara da tətbiq olunmalıdır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda edilən dəyişikliyə əsasən, ölkədə qaçqın statusu verilən şəxslərin vətəndaşlığa qəbulu proseduru müəyyən olunub. Qanuna əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi günlə bərabər, həm də ona qaçqın statusu verildiyi gündən hesablanacaq.
Beləliklə, Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 6 qanun layihəsi qəbul olunub. Sonda Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə sessiya öz işini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

