Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci sessiyası keçirilir
02.07.2016 [09:48]
İyulun 1-də Tbilisidə ATƏT Parlament Assambleyasının (PA) 25-ci yay sessiyası öz işinə başlayıb.
İyulun 5-dək davam edəcək sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili təmsil edirlər.
“Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiya çərçivəsində daimi komitənin iclası keçirilib. İclasda təşkilatın gündəliyi, maliyyə məsələləri, bəzi sənədlərə dəyişikliklər müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova komitə iclasında çıxış edərək ATƏT PA-nın qəbul edəcəyi sənədlərdə Ermənistanın təcavüzkarlığı, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi barədə məsələnin də sənəddə əksini tapmasının vacibliyini vurğulayıb. Bahar Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların getdiyi bir vaxtda ATƏT PA-nın sənədlərində bu cür məsələlərin əksini tapmasının sülh prosesinə təkan verəcəyini bildirib.
Sonra plenar iclas işə başlayıb. Assambleyanın sədri İlka Kanerva tədbiri açdıqdan sonra Gürcüstan parlamentinin sədri David Usupaşvili, Prezident Georgi Marqvelaşvili, Baş nazir Georgi Kvirikaşvili çıxış ediblər. Onlar ATƏT PA-nın 25-ci sessiyasının Gürcüstanın dövlət müstəqilliyinin 25-ci ildönümü ilə üst-üstə düşməsini yüksək qiymətləndiriblər. Çıxışlarda ATƏT-ə üzv ölkələrin inkişafında, Avropada, Cənubi Qafqazda, ümumiyyətlə bütün dünyada mövcud olan münaqişələrin həllində təşkilatın rolundan bəhs edilib.
Prezident Georgi Marqvelaşvili bildirib ki, mövcud problemlərin həllində bütün səylər birləşdirilməlidir. Bu gün işğal olunmuş ərazilərdə narkotik maddələr yetişdirilir, terrorçu qruplar hazırlanır, radioaktiv maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ciddi təhlükəli vəziyyət yaranır. Münaqişələr həll olunmalı, işğal altındakı ərazilər azad edilməlidir. Gürcüstan bu istiqamətdə birgə fəaliyyət göstərməyə hazırdır.
ATƏT PA-nın sədri İlka Kanerva çıxışında terrora qarşı birgə mübarizənin önəmindən danışıb. O, Türkiyədə törədilən son terror aktını qətiyyətlə pisləyib və bütün qüvvələrin terrorizmə qarşı mübarizə üçün birləşdirilməsinin zəruriliyini qeyd edib.
ATƏT-ın fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer çıxışında Cənubi Qafqazdakı münaqişələrə toxunub. O, bir gün əvvəl Azərbaycanda olduğunu, məcburi köçkünlərlə görüşdüyünü, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat aldığını bildirib. Qeyd edib ki, bu münaqişə nəticəsində minlərlə insan həlak olub, yüz minlərlə insan doğma torpaqlarından didərgin düşüb. Bu ilin aprel ayında münaqişə yenidən alovlandı və çətinliklə də olsa biz onun yenidən genişlənməsinin qarşısını aldıq. Bu gün Cənubi Qafqazda digər münaqişələr də var. Bu problemlər həllini tapmalı və regionda sülh təmin olunmalıdır.
Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt da çıxışında Türkiyədə törədilmiş terror aktını pisləyib, terrorizmə qarşı birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb. O, terrorizmə qarşı mübarizədə və işğal olunmuş ərazilərin azad olunmasında, münaqişələrin həllində parlament diplomatiyasının əhəmiyyətini qeyd edib.
Sessiya çərçivəsində ATƏT PA-nın təhlükəsizlik və siyasi məsələlər, iqtisadi məsələlər, elm, texnika və ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin iclasları keçiriləcək, bir sıra qətnamə layihələri müzakirə olunacaq.
Qurumun yay sessiyasında Avropanın təhlükəsizliyi, miqrantlar və qaçqınlarla bağlı böhranda gender problemlərinin təhlili, qaçqınların hüquqları, zorakılıq və diskriminasiya ilə mübarizə, neonasizmin baş qaldırmasına yol verilməməsi, uşaqların cinsi istismarına və uşaq ticarətinə son qoyulması üçün hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq. Gürcüstanda münaqişəyə, Krımda insan hüquq və azadlıqlarına dair müzakirələr aparılacaq. Bundan başqa, Çernobıl fəlakətinin 30-cu ildönümünə dair sənəd qəbul ediləcək.
Sessiyada ATƏT məkanında qanunun aliliyini təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə məsələsi də gündəmdə olacaq. ATƏT PA ilə ATƏT arasında münasibətlərin möhkəmləndirilməsinə, Baltik dənizi regionunda əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Böhranlara və münaqişələrə qarşı səmərəli tədbirlərin işlənib hazırlanması istiqamətində ətraflı fikir mübadiləsi aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

