/ / Bahar Muradova: Helsinki Yekun Aktının prinsiplərinin pozulmasına dözümlü münasibət bizi narahat edir
Bahar Muradova: Helsinki Yekun Aktının prinsiplərinin pozulmasına dözümlü münasibət bizi narahat edir
06.07.2016 [10:12]
ATƏT Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən sessiyasının sonuncu plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edib.
ATƏT PA-nın 25 illik fəaliyyəti nəticəsində regionda bir çox dəyişikliklərin baş verdiyini vurğulayan Bahar Muradova deyib: “Bütün dəyişikliklər inkişafa səbəb olur, inkişaf isə problemlər doğurur. Şüarlarımız hər il fərqli olsa da, ən aktual məsələləri əks etdirir. Biz ATƏT PA-nın hər üç ölçüsü üzrə balanslaşdırılmış yanaşmaya nail olmağa çalışırdıq. Bu gün, 25 il keçəndən sonra biz müxtəlif hadisələrlə üzləşirik. ATƏT-in əsas prinsiplərinin üstünlüyünü kölgə altına salan hadisələrlə üz-üzəyik. Bu, bir çox çətinliklər və qarşıdurma yaşamış bir ölkə olan Gürcüstanda daha çox hiss edilir. Qaçqınların böhranı, insan haqları sahəsindəki problemlər, təcavüz və korrupsiya ilə mübarizə və digər məsələlər diqqət mərkəzində olub.
Təəssüflə qeyd etmək istəyirəm ki, biz terrorla mübarizədə vahid antiterror şəbəkəsi yarada bilmədik. ATƏT-in və onun institutlarının fəaliyyətinin əlaqələndirilməsinə mane olan özünəməxsus praktika hələ də mövcuddur.
Amma bizim dəyişməyən, hər zaman aktual və əhəmiyyətli olan Helsinki Yekun Aktı prinsiplərimiz var. Bizi, həmçinin bu prinsiplərin pozulmasına dözümlü münasibət narahat edir. Regiondakı həlli uzadılmış münaqişələr bizi ciddi narahat etməkdə davam edir və bu, Avropa üçün də böyük təhlükədir. Maraqlıdır ki, Azərbaycan da bu cür yanaşma ilə üz-üzədir və 25 ildir belə davam edir. Burada müzakirə etdiyimiz Gürcüstan, Ukrayna və Moldovanın üzləşdiyi problemləri əks etdirən qətnamələri xüsusilə vurğulamaq istərdim. Nəzərinizə çatdırıram ki, biz hər zaman bütün dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Biz güc tətbiq etməklə bu prinsiplərin dəyişdirilməsinə qarşı çıxır, Gürcüstan, Ukrayna və Moldova da daxil olmaqla bütün münaqişələrin beynəlxalq hüququn və Helsinki Yekun Aktının prinsipləri əsasında həllini dəstəkləyirik”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

