“Le Carrefour” qəzetinin Azərbaycan həqiqətlərinin yayılmasında böyük rolu var
21.07.2016 [09:31]
Azərbaycan Mətbuat Şurasında (MŞ) qurumun sədri, millət vəkili Əflatun Amaşovla Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (“Yol qovşağı”) qəzetinin təsisiçisi və baş redaktoru Zeynab Kazımova ölkəmizdəki xaricidilli medianın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
Modern.az-ın xəbərinə görə, Zeynab Kazımova 9 ildir fəaliyyət göstərən Azərbaycanın yeganə fransızdilli qəzeti haqqında məlumat verərək bildirib ki, qəzetin ilk sayı 2007-ci ilin iyul ayında nəşr olunub.
O, deyib ki, təsisçisi olduğu qəzet elə ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən materiallar dərc edib, hər zaman Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması və Azərbaycanın təbliğatı üçün çalışır. Qəzetin yaradılmasında əsas məqsədin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan-Fransa arasındakı əlaqələrin inkişafına töhfə vermək, ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliği olduğunu deyən baş redaktor rəhbəri olduğu www.lecarrefour.az saytının fəaliyyətindən də söz açıb. O, saytda məlumatların gündəlik olaraq yeniləndiyini bildirərək müxtəlif ölkələrdən olan fransızdilli oxuculara Azərbaycan haqqında məlumat verildiyini diqqətə çatdırıb.
Sosial şəbəkələrdə də təmsil olunan qəzetin facebook səhifəsində aktiv paylaşımlar edildiyini, bu məlumatların ölkədən kənarda çox izləndiyini, hətta əcnəbi ad-soyadlı ermənilərin və ya ermənipərəst bəzi istifadəçilərin səhifəni hədəf aldığını və burada Azərbaycanla bağlı paylaşılan məlumatlara məqsədyönlü şəkildə ölkəmiz əleyhinə rəylər yazdıqlarını da nəzərə çatdıran Z. Kazımova buna qarşı aparılan işlərdən də söz açıb.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycanla Fransa arasında əlaqələrin hazırda ən yüksək səviyyədə olduğunu bildirib. Əflatun Amaşov “Le Carrefour” qəzetinin bu əlaqələrin inkişafına dəstək verdiyini deyərək, belə bir mətbu orqanın və saytın mövcudluğunu yüksək qiymətləndirib.
O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahədəki geniş spektrli fəaliyyətinə toxunaraq, məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Fransada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı çox işlər görüldüyünü deyib. Fransızdilli “Le Carrefour” qəzetinin bu sahədə görülən işləri hər zaman öz səhifələrində işıqlandırdığını, 9 ildən artıq fəaliyyətini hər zaman dövlətçiliyimizin, ölkəmizin beynəlxalq aləmdə təbliğatına yönəltdiyini alqışlayıb.
Qeyd edək ki, “Le Carrefour” qəzetinin ilk sayı 2007-ci ilin iyul ayında nəşr olunub. Qəzetin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda Azərbaycan Mətbuat Şurası ilə birgə iki dəfə dəyirmi masa təşkil edilib. Eyni zamanda, bu ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub. Cari ilin aprel ayının 19-da Azərbaycan Dillər Universitetində “Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

