AZƏRTAC-da Həştərxan vilayətinin media qurumlarının rəhbərləri ilə görüş keçirilib
28.07.2016 [10:12]
Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Rusiyanın Həştərxan vilayətinin Rabitə və Kütləvi Kommunikasiyalar Agentliyinin rəhbəri Marina Zaytseva və Həştərxan Vilayət Administrasiyasının Mətbuat Xidməti və İnformasiya İdarəsinin rəisi Natalya Filatova ilə görüşü olub.
Qonaqları səmimi salamlayan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin fəaliyyətindən, onun dünya mediası, o cümlədən TASS agentliyi ilə sıx əməkdaşlığından, habelə elektron medianın inkişafından söz açaraq vurğulayıb ki, humanitar əməkdaşlıq məsələləri hazırda xüsusi aktuallıq kəsb edir. Qeyd edilib ki, Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında tarixən sıx mədəni əlaqələr təşəkkül tapıb. Belə ki, təkcə son illər Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirib.
Səmimi qəbula görə təşəkkür edən və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin salamını çatdıran qonaqlar bildiriblər ki, Bakıya bu ilin sentyabrında Həştərxanda keçiriləcək İkinci Xəzər Media Forumuna hazırlıq işləri çərçivəsində gəliblər.
Sonra Azərbaycanın media qurumlarının nümayəndələri ilə görüş keçirilib. AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə onları qonaqlara təqdim edib. O xatırladıb ki, Azərbaycan Həştərxan vilayətinin daimi və etibarlı xarici-iqtisadi tərəfdaşıdır. Burada bir çox amillər - ümumi dəyərlər, coğrafi yaxınlıq, tarixi əlaqələr mühüm rol oynayır.
Marina Zaytseva deyib: “İnformasiyanın başlıca vəzifəsi regionda iqtisadi, mədəni əməkdaşlığa və əməkdaşlığın digər növlərinə şərait yaratmaqdır, çünki lazımi informasiya təminatı olmadan bu sahələr uğurla inkişaf edə bilməz”.
Həştərxan mediasının fəaliyyətindən söz açan Natalya Filatova o cümlədən qeyd edib ki, müntəzəm olaraq jurnalistlər arasında müsabiqələr keçirilir. Həmin müsabiqələrdə Azərbaycan nümayəndələri də iştirak edirlər.
N.Filatova deyib ki, bu il “Kaspiyskiye novosti” saytının açılışı olub. O, görüş iştirakçılarını saytın strukturu ilə tanış edib, diqqətə çatdırıb ki, onun bölmələrindən biri “Azərbaycan xəbərləri” adlanır.
Görüşdə İkinci Xəzər Media Forumuna hazırlıq işləri, onun bölmələri və panelləri, Forum çərçivəsində nəzərdə tutulan digər tədbirlər haqqında videoçarx nümayiş etdirilib.
Sonra qonaqlar jurnalistlərin suallarına cavab veriblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

