Elena Aymone Sessera: Azərbaycanda gedən inkişaf göz qabağındadır
04.08.2016 [10:13]
Avqustun 3-də Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, bu qurumun həyata keçirdiyi layihələr, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirib. O, ölkəmizdə olan bütün beynəlxalq təşkilatların azad, şəffaf fəaliyyət göstərməsi üçün Azərbaycan Prezidenti tərəfindən hər cür şərait yaradıldığını diqqətə çatdırıb.
Elena Aymone Sessera ölkəmizdə fəaliyyətə başladığı vaxt aprel hadisələri zamanı təmas xəttində baş vermiş hadisələrlə bağlı çox gərgin işlədiklərini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə məşğul olurlar, ancaq onların fəaliyyətinin hələ ki heç bir nəticəsi yoxdur.
Əli Həsənov, həmçinin diqqətə çatdırıb ki, apreldə ermənilərin Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub. Ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq, yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir, Azərbaycan dövlətinin, şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ermənilərin təxribatçı hücumları nəticəsində zərər çəkmiş bütün evlər Prezident İlham Əliyevin tapşırığı ilə əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq. Bundan başqa, məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıb. Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi hesabına köçürülüb. Bu ilin aprelində ermənilərin təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqla faşist Sarkisyan rejimi fikirləşirdi ki, yenə əhali yerlərini tərk edəcək. Ancaq onlar səhvə yol verdilər. Onlar bilməlidirlər ki, bu xalq o vaxtkı xalq deyil. Bu gün xalqın arxasında güclü ordu var. Hələ Ulu öndər Heydər Əliyevin vaxtında Horadiz əməliyyatı zamanı Prezident, xalq və ordu arasında birlik təmin edildi. Həmin bu birlik aprelin 2-5-də yenidən baş verdi. Bu gün Prezident ilə Azərbaycan xalqı və ordusu arasında monolit birlik var və bunun nəticəsidir ki, aprelin 2-5-də ordumuz bu uğurları əldə etdi. Ermənistanın faşist cinayətkar rejimi bilməlidir ki, bu münaqişə tezliklə həllini tapmalıdır. Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir.
Görüşdə Baş nazirin müavini qısa müddətdə çox uğurlu fəaliyyətə başladığı, mülki əhalinin ehtiyacları ilə bağlı böyük işlər gördüyü üçün xanım Elena Aymone Sesseraya təşəkkürünü bildirib. Müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyi və bu xüsusda təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.
Elena Aymone Sessera cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən aqro dəstək və nağd pul qrantları vasitəsilə aprel hadisələri zamanı məhsullarını itirmiş cəbhəyanı ərazilərin sakinlərinə yardım göstərilməsi, ilk tibbi yardım təlimlərinin keçirilməsi, münaqişə ilə əlaqədar stress yaşayan uşaqlar üçün istirahət fəaliyyətləri və s. kimi layihələr barədə məlumat verib və həyata keçirdikləri qiymətləndirməni də nəzərə çatdırıb. O, həmçinin bildirib ki, aprel hadisələri zamanı artilleriya silahlarından istifadə edilməsi nəticəsində mülki əhaliyə böyük ziyan dəyib. Eyni zamanda, əkin sahələrinə düşmüş mərmilərin partlamaması sonradan insanlar üçün böyük problemlər yaradırdı. Münaqişə nəticəsində şəxsi təsərrüfatlarına ziyan dəymiş insanlara kömək olsun deyə təşkilat tərəfindən həmin ailələrə müxtəlif köməkliklər göstərilib və hazırda davam etdirilir. Həm əvvəllər, həm də son hadisələr zamanı cəbhəyanı zonalarda yaşayan mülki əhali arasında yaranmış stressləri aradan qaldırmaq üçün bəzi layihələr müzakirə edilir.
Görüşdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma yurdlarını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı “Dağlıq Qarabağ” rejiminin “məhkəməsinin qərarı” ilə barələrində “hökm” çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə, onların bugünkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb.
Əli Həsənov, eyni zamanda, bildirib ki, bu məsələ ilk gündən Prezident İlham Əliyevin daimi nəzarətindədir: “Prezidentin tapşırığı ilə hər iki vətəndaşımızın girovluqdan azad edilməsi məsələsini Cenevrədə səfərdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti ilə müzakirə etmişəm. Mən Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentindən xahiş etdim ki, heç olmasa Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə müasir kommunikasiya imkanlarından istifadə edilməklə birbaşa təmas qura bilməsi üçün köməklik göstərilməsini təşkil etsinlər. O da söz verib ki, bu işlə məşğul olacaqlar. Lakin hələ də bir nəticə yoxdur”.
Görüşdə Baş nazirin müavini Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb.
Xanım Elena Aymone Sessera Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, ölkəmizdə gedən inkişafın, tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıb. O, həmçinin ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirməklə yanaşı, bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını qeyd edib.
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

