Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin birgə mətbuat konfransı olub
09.08.2016 [09:33]
Avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşündən sonra hər üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransı olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya dövlət başçılarının iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunları barədə məlumat verərək bildirib ki, danışıqlarda “Şimal-Cənub” dəhlizi ilə bağlı məsələlər müzakirə olunub. Diqqətə çatdırılıb ki, bu görüşün yekunları, eyni zamanda, energetika, nəqliyyat, turizm, biznes, gömrük və digər sahələrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək. “Artıq Bəyannamədə də deyildiyi kimi, biz həm xarici işlər nazirləri, həm də digər nazirlər səviyyəsində müzakirələrə başlamışıq. Düşünürük ki, bu formatda görüşlərin keçirilməsi münasibətlərimizin inkişafına təkan verəcək”, - deyə E.Məmmədyarov bildirib.
Qeyd edilib ki, müzakirələr zamanı elektrik enerjisinin satışı ilə bağlı məsələlər də geniş müzakirə olunub. Nazir bildirib ki, ölkələr arasında elektrik şəbəkələrinin birləşdirilməsi üçün imkanlar var. O deyib: “Biz inanırıq ki, bu, tərəflər üçün çox əlverişli olacaq. Həmçinin Astara-Astara dəmir yolunun tikintisi aparılır. Bu il Astara körpüsü üzərində dəmir yolu xəttinin tikintisinin başa çatması planlaşdırılır”.
Bu görüşün tarixi əhəmiyyət daşıdığını qeyd edən nazir E.Məmmədyarov “Şimal-Cənub” nəqliyyat dəhlizinin qısa müddət ərzində istifadəyə veriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycanın bu Zirvə görüşünə ev sahibliyi etməsini yüksək qiymətləndirən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, üç ölkənin dövlət başçıları tərəfindən imzalanan birgə Bəyannamə İran, Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcək. İranın xarici işlər naziri bu formatda əməkdaşlığın bir nümunə olduğunu qeyd edib. Bildirilib ki, dövlət başçılarının və xarici işlər nazirlərinin növbəti toplantısı Prezident Həsən Ruhaninin təşəbbüsü ilə İranda keçiriləcək.
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov diqqətə çatdırıb ki, birgə Bəyannamədə üç ölkə arasında əlaqələrin bütün sahələri əhatə olunub. O qeyd edib ki, gün ərzində keçirilən görüşlər üç ölkənin mövqelərinin daha da yaxınlaşmasına töhfəsini verib. Nazir əlavə edib ki, gələn il qarşıda duran layihələrin icrası ilə bağlı, həmçinin üç ölkənin müxtəlif struktur rəhbərlərinin görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
AZƏRTAC-ın müxbirinin sualına cavab verən nazir Elmar Məmmədyarov keçirilən görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu qeyd edib. O bildirib ki, Sankt-Peterburq görüşündən sonra münaqişənin həlli ilə bağlı imkanlar mövcuddur. İstəyirik ki, təhlükəsizliklə bağlı olan məsələlər də həllini tapsın. Bəyannamədə də qeyd edilir ki, həll olunmamış münaqişələrlə bağlı məsələlər narahatlıq doğurur və çətinliklər yaradır. Sənəddə “Şimal-Cənub” dəhlizindən tam istifadə olunması üçün münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinin vacibliyi qeyd edilib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

