Siyavuş Novruzov: Belə məsələlər parlament səviyyəsində müzakirə olunmur
25.08.2016 [09:55]
“Azərbaycanın konstitusion quruluşuna təhdid yaranarsa, Yeni Azərbaycan Partiyası bu təhlükənin aradan qaldırılması üçün bütün zəruri addımları atacaq”.
Bunu “Trend”ə açıqlamasında millət vəkili, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda Gülən tərəfdarlarına qarşı aparılan əməliyyatların parlamentdə müzakirə edilib-edilməməsinə münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, BMT tərəfindən terror təşkilatları ilə bağlı müvafiq siyahı hazırlanır və həmin siyahılar xarici işlər nazirliklərinə verilir: “Belə məsələlər heç vaxt parlament səviyyəsində müzakirə edilmir. Bu, XİN-in səlahiyyətinə daxil olan məsələdir. Terror təşkilatlarının maliyyələşməsinə, onların fəaliyyətinə hər hansı formada kömək göstərilməsi cinayət hesab olunur. Azərbaycan da erməni terrorizmindən əziyyət çəkən bir dövlət kimi hər zaman belə məsələlərdə həssaslıq göstərir və terrorizmə qarşı mübarizədə iştirak edir”.
Azərbaycanda “Dini etiqad azadlığı haqqında” və “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunların olduğunu deyən millət vəkili əlavə edib: “Hər hansı dini təşkilat bu qanunlardan kənar fəaliyyət göstərərsə, qanunun aliliyi tətbiq edilir, həmin şəxs və qurumlar qanun qarşısında cavab verirlər. Ölkə daxilində belə bir fəaliyyət varsa, həmin fəaliyyət Azərbaycanın qanunları ilə tənzimlənir. Ölkə xaricində isə bu cür hallarla bağlı həmin ölkələrin XİN-ləri və beynəlxalq konvensiyalar səviyyəsində tədbirlər görülür”.
S.Novruzov qeyd edib ki, Azərbaycanda Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlət və dövlətçiliyə qarşı atılan addımların qarşısı qətiyyətlə alınıb və bu gün də həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycanın konstitusion quruluşuna, dünyəvi-demokratik dəyərlərinə təhdid yaranarsa, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqı və Azərbaycan Prezidentinin dəstəyi, həmçinin hüquq-mühafizə orqanlarının köməyi ilə bu təhlükənin aradan qaldırılması üçün bütün zəruri addımları atacaq”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

