Saxta yolla sədrlik kürsüsünü zəbt edən Arif Hacılı MSK-ya da saxta imzalar təqdim edib
02.09.2016 [09:56]
Müsavat Partiyasının “təkbaşına aksiya” oyununun arxasında xarici ermənipərəst dairələrdən pul almaq istəyi dayanır
Xəbər verildiyi kimi, Müsavat Partiyasının sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı “Respublika” təşviqat qrupunun müraciəti MSK tərəfindən qeydə alınmayıb. Buna səbəb isə təqdim edilən etibarlı imzaların sayının qanunvericilikdə göstərilən saydan az olmasıdır. Yəni Müsavat Partiyasının təqdim etdiyi 41128 imzadan 3604 imza saxtadır. Nəticədə isə, təşviqat qrupunun qeydə alınması üçün gərəkən 40 min imza toplanmadığı üçün müraciət qəbul olunmayıb.
“Təşviqat qrupu şousu” planı baş tutmayan Arif Hacılı isə özünü “təmizə” çıxarmaq üçün indi də müxtəlif yollara baş vurur. Belə ki, hər zaman məntiqsizliyi ilə ad çıxarmış radikal düşərgə təmsilçilərinin tipik nümayəndəsi olan Arif Hacılı imza toplaya bilməmələrinin də səbəbini min bir yerə yozmaqla məşğuldur. Daha doğrusu, etibarlı imzaları toplaya bilməmələrinin günahını hökumətdə, dövlətdə, xalqda, hətta isti keçən havalarda belə görən Arif Hacılı etiraf etmək istəmir ki, onun partiya daxilində apardığı repressiya siyasəti nəticəsində “Müsavat” ailə birliyinə çevrilib. Yəni imza toplamaq üçün, ilk növbədə, imzanı toplayacaq insanların mövcudluğu birinci şərtdir. Lakin son iki ildə azı dörd-beş dəfə parçalanmaya məruz qalan “Müsavat”ın üzvü olan gənclər məhz Arif Hacılıya etiraz olaraq kütləvi şəkildə istefa veriblər. Axı niyə Arif Hacılı etiraf etmir ki, bu gün Müsavat Partiyası Hacıyev-Hacıbəyli-Hacılı qardaşlarının şəxsi kooperativinə çevrilib. Lakin ayıbına kor olmaqdansa o, mətbuat üçün “konfrans” keçirərək iddia edib ki, təşəbbüs qrupuna guya 2 mindən çox adam qatılıb. Adi riyazi hesablama ilə təşəbbüs qrupunun üzvləri hərəsi 20 imza almalı idi ki, təşviqat qrupu qeydə alınsın. Deməli, Müsavat Partiyasının sədri ya yalan danışır, ya da onlar etiraf edirlər ki, cəmiyyətimizdə ümumən radikal müxalifətə etimadsızlıq o dərəcədə güclüdür ki, təşəbbüs qrupunun üzvləri hərəsi 20 imza belə ala bilməyiblər. Bu da bir daha radikal müxalifətin əsl simasını ortaya qoymuş olur. Görünən odur ki, sonuncu partiya qurultayında saxta imzalarla, saxta səslərlə sədr kürsüsünü qamarlayan Arif Hacılı gücsüzlüklərini kompensasiya etmək üçün yenidən - saxtakarlığa əl atıb. Lakin 3604 imzanı saxtalaşdıran “Müsavat” sədrinin budəfəki planı da boşa çıxıb və saxtakarlığının üstü açılıb.
Qeyd edildiyi kimi, əli boşda qalan Arif Hacılı “çulunu sudan quru çıxarmağa” çalışır və öz etirafları ilə əsl niyyətini ortaya qoyur. Belə ki, məhz təşviqat qrupu yaratmaqla xarici ermənipərəst dairələrin diqqətini cəlb etmək istəyən Arif Hacılı bu “kampaniya” vasitəsilə pul qazanmaq istəyində idi. Amma lazımi qədər imzaları toplaya bilməmələri, etdikləri saxtakarlıqların üstünün açılması onun arzularını puç etdi. Necə deyərlər, oxu daşa dəymiş Arif Hacılı indi də “mitinq şousu” yaratmağa niyyətlənib. O bildirib ki, rəhbərlik etdiyi “dəstə” sentyabr ayında kütləvi aksiyalar keçirməyi planlaşdırır.
Yeri gəlmişkən “Müsavat”ın “təkbaşına aksiya” oyununun arxasında A.Hacılının ermənipərəst dairələrdən növbəti dəfə pul almaq istəyi dayanır. “Müsavat”ın təkbaşına aksiyalar keçirəcəyini iddia edən Arif Hacılı, görəsən, öz dediyinə özü inanırmı? Axı 40 min imzanı toplatdıra bilməyən, ətrafında iki cüt-bir tək öz dəstəsindən başqa kimsəsi qalmayan, “cırtdan partiya”ya çevrilmiş təşkilatın rəhbəri kimi tanınan Arif Hacılının özü də dərk edir ki, kütləvi aksiyaya çıxara biləcək nə üzvləri, nə də tərəfdarları mövcuddur. Sadəcə, radikal düşərgənin boş qalmış meydanını ələ keçirmək, anti-azərbaycançı mərkəzlərin “canişinliyini” üstlənmək üçün indiki halda belə bir şou yaratmaq onun mənafeyinə xidmət göstərir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

