ABŞ və onun Avropadakı müttəfiqləri nə üçün Azərbaycanın müstəqil siyasətini hədəfə çevirib?
23.09.2016 [10:00]
Amerika Birləşmiş Ştatları və Qərbin anti-Azərbaycan dairələri ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər
Son zamanlar yerləşdiyi coğrafi məkana və sahib olduğu resurslara görə dünya siyasətində müəyyən əhəmiyyətə malik olan bir sıra ölkələrdə baş verən dağıdıcı olaylar bəzi məqamlara yenidən aydınlıq gətirdi. Xüsusilə də çevrilişlər və qarşıdurmaların “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında aparılması bu dəyərlərin, əslində, hegemon güclərin maraqlarına xidmət etdiyini növbəti dəfə göstərdi. Bir daha bəlli oldu ki, milli dəyərlər və maraqlardan uzaq olan “demokratiya” ssenariləri yalnız xaos və anarxiya mənbəyidir.
Ümumiyyətlə, bir sıra müstəqil milli dövlətlərin müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi, yaxud iqtisadi inkişaf tempinə malik olması hegemon güclər, xüsusilə də Qərb tərəfindən müsbət qarşılanmır. Məhz buna görə də həmin güc mərkəzləri, ilk növbədə, müstəqil milli dövlətlərə qarşı “qara piar” kampaniyası aparır, illeqal vasitələrə istinad edir, daha sonra isə “idarə edilən xaos” yaratmaqla həmin dövlətlərdə nəzarəti tamamilə ələ keçirməyə çalışırlar. Bu sırada daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların fəaliyyəti, xidmətləri xüsusi yer tutur.
Qərbdən Şərqə geosiyasi baxış: “idarəedilən xaos”, anarxiya və “demokratiya nəğmələri”
Beləliklə, müasir reallıqlar və geosiyasi tendensiyalar, öz növbəsində, bir sıra məqamları ortaya çıxarır. Məhz bu kontekstdə “demokratiya” məfhumunu faktiki təsir və təzyiq vasitəsinə çevirən Qərbin mövqeyi və siyasətinə ayrıca nəzər yetirmək gərəkdir. Belə ki, nəhəng geosiyasi vahid olan SSRİ-nin süqutundan sonra yeni strategiya ilə çıxış edən ABŞ və Qərb dövlətləri müsəlman ölkələrinə qarşı düşmən münasibəti göstərməyə başladı, “terrorla mübarizə” və “demokratik standartların tətbiqi” adı altında onların daxili işlərinə müdaxilələri gücləndirdi. Xüsusilə də dini-etnik amillərdən istifadə edilməklə “parçala, hökmranlıq et” taktikasına istinad olundu, müxtəlif coğrafi regionlarda və ölkələrdə xaotik proseslərə rəvac verildi. Və hazırkı reallıq ondan ibarətdir ki, Qərbin daxili işlərinə müdaxilə etdiyi ölkələr xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altına düşməsi, qaçqınlar problemi və s. ilə üz-üzə qalıblar. Bu kontekstdə faktlara nəzər yetirdikdə aydın olur ki, Qərbin - ABŞ və onun Avropadakı müttəfiqlərinin qeyri-standart və geosiyasi ambisiyalara söykənən maraqları Avrasiyada ciddi regional və qlobal təhdidlər yaratmaqla yanaşı, bir çox ölkələri faktiki xaos meydanına çevirib.
ABŞ və onun Avropadakı müttəfiqləri müstəqil milli dövlətlərə qarşı neomüstəmləkəçi yanaşma nümayiş etdirirlər
Bu gün ABŞ və onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata keçirir. Başqa sözlə, Qərbin siyasətində müstəqil milli dövlətlərə yanaşmada açıq-aşkar hiss olunan neomüstəmləkəçi meyillər artmaqdadır. Xüsusilə də, məqsəd müsəlman dünyasına qarşı ekspansionalist siyasət kontekstində işğal və ya birbaşa müdaxilədən öncə ölkə daxilindəki ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaqdır. Bununla yanaşı, muzdlu terrorçulardan həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edilərək tamamilə xaos mühiti formalaşdırılır. Ən əsası budur ki, Qərbin ifa etdiyi “demokratiya nəğməsi”nin sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübuta yetirir ki, nəhəng güc mərkəzləri “demokratiya”, “insan haqları” kimi formal institusional məfhumlardan özlərinin geosiyasi maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədirlər. Milli-etnik strukturların dağıdılması, milli, dini zəmində konfrantasiyaların yaradılması Qərbin hegemonluğa söykənən xaos fəlsəfəsinə xidmət edir. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə həyata keçirilən hakimiyyət çevrilişi və hərbi müdaxilə ssenariləri qanlı müharibələrə, on minlərlə insanın ölümünə, sosial-iqtisadi infrastrukturun dağılmasına səbəb olmuşdur.
Bütövlükdə, Vaşinqtonun imperialist siyasəti göstərir ki, bu gün beynəlxalq hüquq işləmir, diktat siyasəti bütün dünyaya hakim kəsilib. Bütövlükdə isə, ABŞ və onun partnyorları bu gün Misir, İraq, Liviya, Suriya və digər ölkələrdə baş verən qanlı olaylara görə birbaşa cavabdehlik daşıyırlar.
Başqa bir məqam isə budur ki, bütün dünyaya demokratiya dərsi keçən ABŞ və Qərb ölkələrində insan hüquqlarının pozulması, korrupsiya, ksenofobiya və faşizm geniş vüsət almışdır. ABŞ-da qara dərililərə qarşı olan münasibət, Avropada qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir.
Azərbaycanın davamlı inkişafı, beynəlxalq nüfuzunun artması ABŞ və Qərbin ermənipərəst, islamofob dairələrini narahat edir
Müstəqil daxili və xarici siyasət kursuna malik olan, beynəlxalq münasibətlər sistemində öz suveren mövqeyi ilə seçilən Azərbaycan da bəzi hallarda hədəfə çevrilir, Qərb dairələrinin müəyyən təzyiqlərinə məruz qalır. Başqa sözlə, Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik ABŞ və Qərbin ermənipərəst və islamofob dairələrini narahat edir. ABŞ və Qərbin anti-Azərbaycan dairələri hər dəfə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər.
Hazırkı reallıqlar onu göstərir ki, Qərbdəki bir sıra dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayır, öz məhdud geosiyasi maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Xüsusilə də, mötəbər tədbirlər ərəfəsində ölkəmizin imicinə - nüfuzuna zərbə vurmaq istəyən qüvvələr “qara piar” kampaniyasına istinad edirlər. Bununla yanaşı, Azərbaycana qarşı təxribatçı və dağıdıcı geosiyasi planlar hazırlanır, qeyri-müəyyən ssenarilərin tətbiqi sayəsində ölkəmizdə xaos mühiti yaratmağa çalışılır.
Əlbəttə, anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasət heç bir nəticə verməyəcək. Çünki Azərbaycan öz müstəqil siyasətinə sadiqdir, həyata keçirilən daxili və xarici siyasət məhz müstəqillik, suverenlik prinsipinə əsaslanır, xalqın mənafeyinə cavab verir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

