/ / Avstraliyalı senator Bək Kristofer Con: Azərbaycandakı səsvermə prosesi bizim üçün nümunə ola bilər
Avstraliyalı senator Bək Kristofer Con: Azərbaycandakı səsvermə prosesi bizim üçün nümunə ola bilər
28.09.2016 [10:18]
Sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avstraliya İttifaqının nümayəndə heyəti ilə görüşüb.
Görüşdə sədr Milli Məclisdə Avstraliya İttifaqı parlamentinin hər iki palatasından, eyni zamanda, Qərbi Avstraliya parlamentindən olan deputat həmkarlarını və nümayəndə heyətinin digər üzvlərini salamlamaqdan məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, bu səfər ölkəmiz üçün əlamətdar olan hadisə ilə bağlıdır: “Dünən Azərbaycanın Əsas Qanununda dəyişikliklər etmək üçün referendum keçirildi. Bu ümumxalq səsverməsinin baş tutması və uğurla keçirilməsi ölkəmizdə demokratik ənənələrin və təsisatların daha da möhkəmlənməsi baxımından əlamətdardır. Dövlət quruculuğunun təkmilləşdirilməsi istiqamətində atılan bu addım ölkədə ilk dəfə vitse-prezidentlik institutunun təsis edilməsini də nəzərdə tutur. Referendumun nəticələri Azərbaycan xalqının gələcəyi baxımından əhəmiyyətli olacaq”.
Söhbət zamanı Oqtay Əsədov 2015-ci ilin noyabrında Milli Məclisə keçirilmiş seçkiləri də müşahidə etmək üçün Avstraliya parlamentindən nümayəndələrin iştirak etdiyini xatırlayıb. Qeyd edilib ki, bu günədək ölkələrimiz arasında bir sənəd imzalanıb, üçü üzərində isə iş davam etdirilir. Əlaqələrimizin sürətli inkişafı göz önündədir. Parlamentlər səviyyəsində münasibətlərimiz günbəgün möhkəmlənir. Heç də təsadüfi deyil ki, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda Milli Məclisin 17 deputatı təmsil olunub. Gələcəkdə iqtisadi münasibətlərimiz də siyasi əməkdaşlığımızın səviyyəsinə cavab verəcək.
Diqqətə çatdırılıb ki, Azərbaycan neft-qaz ölkəsi kimi tanınıb. Təqdirəlayiq haldır ki, Avstraliyanın “Vorley Parsons” şirkəti də iri qaz layihəsinin reallaşmasında iştirak edir. Birinci Avropa Oyunları ərəfəsində bu ölkənin şirkətləri infrastruktur işlərinə texniki dəstək göstəriblər. Azərbaycan da öz növbəsində Avstraliyanın qiymətli kağızlar bazarına investisiya qoyuluşunda iştirak edir. Gələcəkdə bu ölkə ilə iqtisadi-ticari əlaqələrimizin həcmi ümumi məqsədlərimiz naminə daha böyük olacaq.
Avstraliya nümayəndə heyətinin başçısı, senator Bək Kristofer Con ölkəmizə səfər çərçivəsində gördüklərindən məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, onlar Azərbaycanda keçirilən referendumu yaxından izləyib və bu prosesin gedişini çox yüksək dəyərləndiriblər. Bu sahədə Azərbaycanın təcrübəsini öyrənməyə ehtiyac var. Çünki səsvermə prosesi Azərbaycanda daha təkmil təşkil olunub. Seçici siyahıları, veb-kameralardan istifadə - bütün bunlar təqdirəlayiqdir. Bu işlər Azərbaycanda Avstraliyadakından daha yaxşı qurulub. Ona görə də Azərbaycandakı səsvermə prosesi bizim üçün nümunə ola bilər.
Görüşdə iqtisadi əlaqələrin inkişafından söz açan qonaq deyib ki, təkcə neft-qaz sahəsində deyil, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar var.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

