Dövlət müşaviri Los-Ancelesin dini konfessiya rəhbərləri ilə görüşüb
29.09.2016 [09:35]
Sentyabrın 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Los-Ancelesdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın Kaliforniya ştatının Xristian Lüteran Kilsəsinin yepiskopu Xuan Karlos Mendes, Koreya Kilsələri İctimai Birliyinin sədri Haypin İm, Ebenezer Missiyası Ailə Kilsəsinin baş yepiskopu Ayzik C.Kanales, Kral Fəhd Məscidinin dinlərarası əlaqələr üzrə direktoru Mahomed xan, Ağ Evin Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Janna Skott, Los-Anceles Roma Katolik Arxiyeparxiyasının teoloji və ruhani məsələlər üzrə müşaviri Roberto Rueda-Qayetanonun təmsil olunduğu nümayəndə heyətini salamlayan Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, xeyli sayda qonağın cəlb olunduğu V Bakı Beynəlxalq Humanitar Forumu çox böyük mənəvi anlam daşıyır. Dövlət müşaviri deyib: “Dünyanın müxtəlif yerlərindən Azərbaycana ölkəmizin dostları gəlir, biz həm də ona sevinirik ki, bu dostlar təkcə bizimlə ünsiyyət qurmurlar, onların həm də bir-biriləri ilə də əlaqələri yaranır və sonra bu dostluqlar davam edir. V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində biz iki gündən sonra bütövlükdə multikulturalizmə həsr olunmuş dəyirmi masada yenidən bir araya gələcəyik. Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsində həyata keçirilən ciddi bir reallıqdır. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub”.
Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ikiillik fəaliyyəti barəsində məlumat verərək Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlərin təşkil edildiyini bildirib. Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin beynəlxalq multikulturalizm yay və qış məktəbləri, “Multikulturalizm terrora qarşı”, “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun təsisi, 28 yerli, 20 xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi kimi önəmli layihələri reallaşdırdığını diqqətə çatdıraraq deyib: “Bu gün biz Avropada multikulturalizmin iflasa uğradığının şahidi oluruqsa, Azərbaycanda bunun tam əksi ilə qarşılaşırıq. Multikulturalizm Azərbaycan xalqına əsrlərlə xas olan bir dəyərdir. Təxminən on əsr boyu Azərbaycan ədəbiyyatına nəzər salsaq görərik ki, orada başqa xalqların və fərqli dinlərin nümayəndələrinə məhəbbət və səmimiyyət dolu sözlər, şeirlər, parçalar öz geniş əksini tapıb. Biz bunları toplayaraq “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı kitab nəşr etdirdik. Bu kitabın bu günlərdə rus dilində nəşrini hazırladıq, yaxın günlərdə ingilis dilində də işıq üzü görəcək”.
Xristian Lüteran Kilsəsinin yepiskopu Xuan Karlos Mendes dünyada gərginliyin və münaqişələrin davam etdiyi bir vaxtda multikulturalizm siyasətinin önə çəkilməsinin, Azərbaycan multikulturalizmi fənninin Avropa və Asiya universitetlərində tədrisinin çox diqqətəlayiq olduğunu bildirib.
Ağ Evin Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Janna Skott göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirərək qeyd edib ki, ABŞ Prezidenti Barak Obamanın adından Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olmasından böyük məmnunluq hissi keçirdiyini vurğulayaraq deyib: “ABŞ Prezidenti də sizin mərkəzin fəaliyyətinə uyğun Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzi təşkil edib. Belə mürəkkəb bir zamanda Azərbaycanın multikulturalizm sahəsində fəaliyyəti təqdirəlayiqdir. Böhranlardan çıxış yolunu təşviq etməklə Azərbaycanda sizin kimi tərəfdaşların olması bizim üçün böyük dəyərdir”.
Kral Fəhd Məscidinin dinlərarası əlaqələr üzrə direktoru Mahomed Xan bildirib ki, Azərbaycandakı çoxəsrlik multikultural durum və tolerantlıq ənənələri ilə bağlı film çəkilişi çox arzuolunandır. O deyib: “Biz istərdik ki, bütün dünya Azərbaycan multikulturalizmi adlı bu ali dəyərlər sistemi ilə bir daha yaxından tanış olsun”.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

