/ / Bolqarıstanın vitse-prezidenti Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən uğurları yüksək qiymətləndirib
Bolqarıstanın vitse-prezidenti Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən uğurları yüksək qiymətləndirib
30.09.2016 [10:08]
Sentyabrın 29-da baş prokuror Zakir Qaralov ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Bolqarıstanın vitse-prezidenti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) İdarəetmə Şurasının sədri xanım Marqarita Popova ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Qaralov qonaqlara ölkələrimiz arasında olan və möhkəm təməllər üzərində qurulmuş siyasi, iqtisadi, elmi və mədəni əlaqələr istiqamətində qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkələrimiz arasında mövcud strateji əməkdaşlığın ruhuna uyğun olaraq hər iki ölkənin prokurorluq orqanları arasında səmərəli ikitərəfli əlaqələrin inkişaf etməsindən doğan məmnunluq ifadə edilib, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional, cinayət təqibi və qabaqlayıcı tədbirlər barədə, habelə Baş İdarənin strukturu və fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verilib.
Baş prokuror Zakir Qaralov korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini, təcrübə mübadiləsinin vacibliyini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim önəm verildiyini diqqətə çatdırıb.
Baş prokuror ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) İdarəetmə Şurasının sədri kimi fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizə ayırmış olduğu xüsusi diqqət və müsbət töhfələrinə görə, o cümlədən bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığın inkişaf etdirilməsində göstərdiyi fəal dəstəyə görə Marqarita Popovaya minnətdarlığını bildirib.
Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən xanım Marqarita Popova ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib, Azərbaycan Respublikasının nümayəndəsinin Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasının üzvlüyünə seçilməsinin önəmini vurğulayıb və bundan sonra da ölkəmizə fəal dəstək verəcəyini bildirib.
Sonra qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, kriminalistika otağı, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi və vətəndaşların qəbulu otağı ilə tanış olublar.
Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasının üzvü Vüsal Hüseynov da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

