Aslan Aslanov: Jurnalistika innovasiyalı texnologiyalar dövründə öz yerini tapmalıdır
01.10.2016 [12:19]
“Bugünkü “dəyirmi masa”mızda dünyanın 50-dək ölkəsindən 80-dən çox nümayəndə iştirak edir. Onların böyük əksəriyyəti xarici informasiya agentliklərinin, radio, televiziyaların rəhbərləri və təmsilçiləridir. Bizim diskussiyalarımıza dünyanın siyasət adamları da maraq göstərirlər. Bu “dəyirmi masa”ya Xorvatiyanın iki sabiq prezidenti, Argentina Parlamentinin vitse-prezidenti, UNESCO-nun baş direktorunun birinci müavini də təşrif buyurub və onlar KİV-lə bağlı fikirlərini bölüşmək istəyirlər”.
Bu sözləri AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov jurnalistlərə müsahibəsində bildirib.
Baş direktor Aslan Aslanov jurnalistikanin informasiya dövrünə transformasiyasının müasir dövrün çox aktual mövzularından biri olduğunu və buna görə də V Bakı Beynəlxalq Humanitar Forumunun bu “dəyirmi masa”sında üç sessiyanın nəzərdə tutulduğunu vurğulayıb.
“Birinci sessiyada informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması məsələsi müzakirə olunacaq. Digər sessiyalarda mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoqun təmin olunmasında mətbuatın rolu barədə müzakirələr aparılacaq. Daha bir mövzu isə virtual jurnalistikanın, bütövlükdə sosial medianın əsas problemləri ilə bağlıdır. Hər üç sessiyada ciddi diskussiyalar gedəcəyi gözlənilir”, - deyə Baş direktor bildirib.
Hazırda ənənəvi jurnalistika ilə internet jurnalistikası arasında qızğın rəqabət getdiyini diqqətə çatdıran A.Aslanov qeyd edib ki, bu məsələlər təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən problemlərdir. Necə deyərlər, dünya jurnalistikasının trendlərini müəyyənləşdirən məsələlərdir. Jurnalistika innovasiyalı texnologiyalar dövründə öz yerini tapmalıdır. Bir daha qeyd etmək istərdim ki, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusuna həsr olunmuş bu “dəyirmi masa” dünya mediası üçün önəmli platformadır.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

