V Bakı Beynəlxalq Humanitar Forumu İtaliya mətbuatının diqqətində
06.10.2016 [09:47]
Bakıda keçirilən V Beynəlxalq Humanitar Forum İtaliya mətbuatında geniş işıqlandırılıb.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bu ölkənin mətbuatı Forumun təşkilini, mövzuların aktuallığını, “dəyirmi masa”larda səsləndirilən fikirlərin və aparılan müzakirələrin səmərəliliyini, o cümlədən ikitərəfli görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.
“Adn Kronos International SRL” agentliyinin “İlham Əliyev: “Multukulturalizm sülhün açarıdır” adlı yazısında Forumla bağlı ətraflı məlumat verilir. Məqalədə, həmçinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də digər natiqlərin səsləndirdiyi fikirlər əksini tapıb.
“Il Giornale” qəzetinin xüsusi buraxılışı olan “Gli Occhi della Guerra” nəşrində dərc olunan “Multukulturalizmə təhdidlər” adlı məqalədə ölkəmizin geostrateji əhəmiyyəti və son illərdə burada müşahidə edilən inkişafla bağlı məlumat verilir. Jurnalist Matteo Karnielettonun müəllifi olduğu yazıda tarixən ənənəvi tolerant ölkə olan Azərbaycanın dünya multurkulturalizminə verdiyi töhfələrdən və bu kontekstdə keçirilən Forumun əhəmiyyətindən danışılır.
İtaliyalı jurnalist Domeniko Letisiyanın “L`Opinione” qəzetində dərc etdirdiyi “Bakı multukulturalizmin paytaxtı” və “Il Monito” analitik-informasiya portalında yerləşdirdiyi “Multikulturalizm radikalizmə qarşı cavab kimi” adlı məqalələrdə Forumda və “dəyirmi masa”larda müzakirə olunan mövzular barədə söhbət açılır, ölkəmizdə mövcud olan dini və etnik tolerantlıq mühiti yüksək qiymətləndirilir.
İtaliyalı hüquqşünas və beynəlxalq iqtisadiyyat üzrə mütəxəssis, Forumun iştirakçısı Nuntsio Bevilakua “Adn Kronos”, “ANSA”, “Dire”, “Economia Vicenza Piu”, “Larena” və “Notizie Tiscali” kimi KİV-lərə verdiyi müsahibələrdə Azərbaycanın neft satışından əldə olunan gəlirlərdən səmərəli istifadə etdiyini, ölkə iqtisadiyyatının şaxələndirilməsi məqsədilə kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika sahələrinin inkişafına sərmayə yatırdığı barədə danışıb. N.Bevilakua Şərq ilə Qərb, Rusiya ilə Körfəz ölkələri arasında strateji mövqe tutan Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında neft ölkəsindən texnosənaye ölkəsinə çevriləcəyinə əminliyini ifadə edib.
“Fides” xəbər agentliyi isə Forumda Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqində Avropada islamofobiya meyllərinin artması və müsəlman miqrantların üzləşdiyi ədalətsizliklərə dair səsləndirdiyi fikirlərə xüsusi yer verib.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

