"Azərbaycan Xalq Cümhuriyyəti - 91: tarixi qürur yaddaşımız"
28.05.2009 [11:25]
Dünən YAP Nərimanov rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümünə həsr olunmuş “AXC-91: tarixi qürur yaddaşımız” adlı konfrans keçirib. Konfransı giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib ki, cəmi 23 ay mövcud olmuş Xalq Cümhuriyyəti Azərbaycan tarixində mühüm yer turur. YAP-ın sıralarında 190 minə qədər gəncin birləşdiyini deyən R.Həsənov qeyd edib ki, böyük gənclər ordusuna malik olan partiyamız hər zaman xalqımızla bağlı əlamətdar olan tarixi hadisələrə həssaslıqla yanaşır. Onun sözlərinə görə, Azərbaycan gəncləri böyük intellektual potensiala malikdir və tariximizin öyrənilməsində onlar öz töhfələrini verirlər.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Xalq Cümhuriyyətinin o dövrdə xalqımız üçün ciddi işlər gördüyünü bildirib. O deyib ki, Cümhuriyyət hökumətinin qərarları və parlamentin qəbul etdiyi qanunlar özünün demokratikliyi ilə mühüm əhəmiyyət kəsb edib.
Bakı Dövlət Universitetinin dosenti Nuru Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir tarixi dövrdə yarandı: “Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyada Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı təsis olundu. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşaraq Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeyini ümumqafqaz mənafeyindən üstün tuturdu. ümumi bir platforma yox idi. Bir sözlə, yenidən parçalanma məsələsi labüd idi. Nəhayət, 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirildi. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan etdi. Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplandı və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan etdilər. Mayın 28-də isə “İstiqlal Bəyannaməsi” qəbul olundu”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə çıxışında bildirib ki, Azərbaycan xalqı qədim dövlətçilik tarixinə malik xalqdır: “Xalqımızın böyük dövlətçilik tarixi var. Amma Gülüstan və Türkmənçay müqaviləsindən sonra kiçik xanlıqlara bölünən torpaqlarımız iki dövlət arasında bölüşdürüldü. Buna baxmayaraq, milli və dövlətçilik ənənələrini qoruyan xalqımız özünün böyük ziyalılarını yetişdirdi və onlar dövlətçiliyimizin bərpası istiqamətində addımlar atmağa başladılar. Bunun nəticəsində də 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı”.
Daha sonra Azərbaycanın 70 il sovetlər hakimiyyətinin tərkibində olduğunu deyən A.Mirzəzadənin sözlərinə görə, bu dövrdə də milli şüurun oyanışı istiqamətində addımlar atıldı. Bu mənada, millət vəkili ulu öndər Heydər Əliyevin hələ sovetlər dönəmindəki xidmətlərinin böyük olduğunu vurğulayıb: “Bütün bunların nəticəsi olaraq, Azərbaycanın müstəqilliyi bərpa olundu və Heydər Əliyev tariximizə müstəqil dövlətimizin qurucusu kimi daxil oldu. ümummilli liderimiz 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra dövlətimizin müstəqilliyinin əbədi və dönməzliyini təmin etmək üçün böyük işlər həyata keçirdi, dövlətçiliyimizin təməl prinsiplərini müəyyənləşdirdi. Bu gün əminliklə demək olar ki, Azərbaycanın müstəqilliyi daimidir. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirərək Azərbaycanın daha da güclənməsi üçün qətiyyətli addımlar atır”.
A.Mirzəzadə dövlətimizin gələcəyinin gənclərin əlində olduğunu bildirərək onlara tariximizi dərindən öyrənməyi tövsiyə edib.
Millət vəkili Fuad Muradov çıxışında bildirib ki, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində və inkişafında Azərbaycan gəncləri həmişə öz sözünü deyib. Onun sözlərinə görə, tarixi nailiyyətimiz olan müstəqilliyimizi qorumaq hər birimizin vəzifəsidir: “Bu gün Azərbaycan gəncləri güclü potensiala malikdir. Yüksək biliyə, təhsilə malik olan gənclər ölkə başçısının qayğısı ilə əhatə olunub və onlar hər zaman irəliyə çəkiliblər. ümumiyyətlə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətin gənclər siyasəti bu gün uğurla davam etdirilir. öz növbəsində gənclər bu etimadı doğrultmağa çalışaraq ölkədə həyata keçirilən siyasəti hər zaman dəstəkləyirlər”.
Konfransda, həmçinin, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı və Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Babək Budaqlı çıxış ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11

