/ / Milli Məclisdə Azərbaycan-Rumıniya, Azərbaycan-Avstriya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
Milli Məclisdə Azərbaycan-Rumıniya, Azərbaycan-Avstriya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
09.11.2016 [00:15]
Noyabrın 8-də Milli Məclisin sədri Oqtay Əsədov Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Dan İanku ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sədr yeni səfirin ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da irəliyə aparılması üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib, bu işdə ona uğurlar arzulayıb.
Qeyd edilib ki, qədim tarixi köklərə malik olan münasibətlərimiz müasir dövrdə yeni keyfiyyətlə inkişaf etməkdədir. Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Ölkə başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar əlaqələrimizin daha da möhkəmlənməsi üçün yaxşı zəmin yaradıb. Bu günədək Azərbaycanla Rumıniya arasında 60-a yaxın hüquqi sənəd imzalanıb. Azərbaycan Rumıniya ilə təkcə siyasi deyil, iqtisadi sahədə də əlaqələrin davamlı inkişafında maraqlıdır. Bu baxımdan müştərək iqtisadi komissiyanın fəaliyyəti təqdirəlayiqdir.
Spiker dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirib, 2006-cı ildə Rumıniyaya etdiyi səfəri xatırladıb. Bildirilib ki, Rumıniya parlamentinin hər iki palatasının sədrləri müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər. Bu sahədə əlaqələrimizin daha da möhkəmlənməsində parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının rolu böyükdür. Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edirlər. “Biz prinsipial məsələlərdə beynəlxalq qurumlarda Rumıniyanın Azərbaycana göstərdiyi dəstəyi yüksək dəyərləndirir və ümid edirik ki, bu dəstək gələcəkdə də davam edəcək”, - deyə O.Əsədov vurğulayıb.
Səfir Dan İanku yeni vəzifədə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. Qeyd edib ki, Rumıniya Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir. Azərbaycanın əldə etdiyi uğurlar Rumıniyanı da sevindirir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi ümumi məqsədlərə xidmət edir. Bu məsələdə parlamentlərin də üzərinə böyük vəzifə düşür. Biz parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qaldırılması baxımından əhəmiyyətli hesab edirik.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ilə görüşüb.
Oqtay Əsədov ümidvar olduğunu bildirib ki, diplomatik xidməti dövründə səfir münasibətlərimizin inkişafına töhfələr verəcək. Qeyd edilib ki, əlaqələrimiz istər ikitərəfli, istərsə də Avropa strukturları ilə əməkdaşlıq baxımından önəmlidir. Ölkəmizin Avstriya ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu inkişaf bütün sahələri - siyasi, iqtisadi, mədəni əlaqələri əhatə edir.
Sədr 2013-cü ildə dövlət başçılarımız arasında imzalanmış dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamənin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da dərinləşməsinə yeni impuls verib. Vaxtilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin apardığı bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz arasında imzalanmış 40-a yaxın sənəd münasibətlərimizin hüquqi bazasını təşkil edir.
Milli Məclisin sədri Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı olduğunu deyib. Qeyd edib ki, gələcəkdə TANAP və TAP layihələrinin reallaşması qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. İqtisadi əlaqələrimizin inkişafında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə komissiya təqdirəlayiq fəaliyyət göstərir. İş adamları arasında qarşılıqlı biznes forumların keçirilməsinin də əhəmiyyəti böyükdür.
Diqqətə çatdırılıb ki, hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qrupları sıx və faydalı əməkdaşlıq üçün körpü rolunu oynayır. Deputatların qarşılıqlı səfərləri təqdirəlayiq hesab edilir. Nümayəndə heyətlərimizin beynəlxalq qurumlarda mütəmadi görüşləri və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılması önəmlidir.
Səfir Aksel Vex diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib. Qeyd edib ki, Avstriya Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar və bölgədə baş verən proseslər Avropa ölkələrinin, o cümlədən Avstriyanın diqqət mərkəzindədir. “Biz Azərbaycanın Avropanın enerji arxitekturasında oynadığı rolu yaxşı başa düşür və bunu yüksək qiymətləndiririk. İqtisadi, mədəni sahələrdə münasibətlərimiz inkişaf etməkdədir. Gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirmək niyyətindəyik”, - deyə səfir bildirib.
Söhbət zamanı parlamentlər səviyyəsində əlaqələrin daha da möhkəmlənməsi üçün deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi vurğulanıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

