Birinci sessiya: Xəbər istehlakının gələcəyi
17.11.2016 [10:01]
Birinci sessiyaya moderatorluq edən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal bu panelin gündəliyində duran məsələlərdən danışıb. Bildirib ki, müzakirələrin xəbər istehlakının gələcəyi ilə bağlı problemlərə yönəldildiyi bu sessiya informasiya sənayesində tələb və təklifin mütənasibliyi məsələsinə həsr olunub.
“News Corp” media şirkətinin redaktə şəbəkəsinin direktoru Alan Oakley çıxış edərək bildirib ki, bu gün xəbərlər sistemində böyük dəyişikliklər baş verib. Yeni internet qəzetləri və platformaları formalaşıb. Bütün bunlar həyatımıza təsir edən xəbərləri əks etdirir. KİV texnologiyaların və informasiyanın ictimaiyyət tərəfindən qəbul edilməsinin yeni vasitələrini, xəbərin auditoriyaya çatdırılması yollarını nəzərə almalıdır. Bu zaman yeni texnologiyaların və platformaların tətbiqi əsasında daha geniş auditoriyanı cəlb etmək mümkündür.
“Al Arabiya” televiziyasının baş direktoru Turki Al-Dakhil “Al Arabiya”nın təcrübəsi və “millenial” nəslin, yəni 1981-ci ildən bəri dünyaya gələn insanların sosial mediadan faydalanması barədə fikirlərini bölüşüb. Diqqətə çatdırıb ki, KİV-in mobil telefonlardan istifadəsi onu daha böyük auditoriyaya çıxarır. Əvvəlki nəsil jurnalistlər ixtisaslı olublar. Lakin bu günün jurnalisti yeni texnologiyalar və sosial medianın fəaliyyəti mühitində bir növ xəbər alıcısına çevrilir. Ancaq jurnalistlər bu çərçivədən çıxıb yaradıcı olmağa çalışmalıdırlar. Turki Al-Dakhil dedi ki, hər bir səudiyyəlinin sosial mediada 7 hesabı var. Hər kəs “WhatsApp” və “Twitter”dən istifadə edir. İndiki nəslin düşüncəsi və texnologiyaların inkişafı bizi öz işimizi fərqli istiqamətdə qurmağa yönəldir.
“Stibo Accelerator” şirkətinin direktoru Kim Svendsen bildirib ki, rəhbərlik etdiyi şirkətə aid müəssisələr informasiya bazarında on illərdir fəaliyyət göstərir. Şirkət “John Lewis”, “Best Buy”, “New York Times”, “Kelloggs”, “Siemens to McDonalds”, “Toys’R’Us” kimi brendlərlə sıx əməkdaşlıq edir. O qeyd edib ki, xəbər agentlikləri yeni bazarlara yeni vasitələrlə çıxmalıdır. Danimarkada həyata keçirdikləri təcrübədən söz açan Kim Svendsen universitetlərdə aparılan təqdimatların uğurlarını, yeni ideyaların gənc nəsil tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
AZƏRTAC-ın ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı qeyd edib ki, texnologiyaların inkişafı və onların böyük sayda istifadəçiləri jurnalistlər qarşısında yeni çağırışlar yaradır. O, texnoloji yeniliklərlə necə işləmək, adaptasiya, müxtəlif sistemlərin işə salınması və medianın yeni çağırışlara necə uyğunlaşması məsələlərini xüsusilə vurğulayıb, hələ ötən əsrdə ABŞ-da keçirilmiş prezident seçkilərində qəzetlərin roluna diqqəti çəkib. Bildirib ki, hazırda ənənəvi media şaxələndirilmiş mənzərəyə malikdir. Xəbərlər təkcə ikitərəfli deyil, çoxtərəfli ünsiyyət əsasında qavranılır. Məsələn, “Facebook”da nəinki informasiyanı verən, həm də şərh yazanlarla əlaqə saxlamaq mümkündür. Y.Babanlı müasir çağırışlar qarşısında AZƏRTAC-ın təcrübəsindən danışıb.
“Axel Springer” media şirkətinin qlobal şəbəkə departamentinin rəhbəri Romanus OTTE diqqətə çatdırıb ki, şirkət 40 ölkədə 190 müəssisəyə malikdir. Şirkətdə üç mindən çox jurnalist çalışır. Rəqəmsallaşma prosesində peşəkar xəbər agentlikləri rəqəmsal formata keçir və bu üsul ənənəvi media üçün inqilab rolunu oynayır. Ötən əsrin sonlarından şirkətin qlobal şəbəkəyə “World Wide Web” vasitəsilə çıxdığını deyən Romanus Otte bildirib ki, oxucular hazırda daha çox alqoritmlərə etimad göstərirlər. Belə halda xəbər agentlikləri öz kontentlərini alqoritmlər üzərində qurmağa çalışır. “Axel Springer” media şirkəti dünya şəbəkəsinə inteqrasiya etdikdən sonra xəbərlərin böyük hissəsi ödənişsiz əsasda təqdim edilir və informasiyaların çatdırılması prosesi sadələşdirilib. Şirkət xəbərin qısa və dəqiq təqdim edilməsinin tərəfdarıdır. Əks halda, xəbər agentliyinə olan etimad azala bilər. Romanus Otte qeyd edib ki, xəbər agentlikləri müxtəlif proqram təminatlarından istifadə edirlər. Media qurumları doğru və qərəzsiz informasiyanın yayılması uğrunda rəqabət aparırlar. Bu zaman xəbərdə keyfiyyət, sadəlik və səlislik tələb olunur. Xəbər agentlikləri bu yolla getdiyi halda etimadı doğrulda bilər. Həmçinin peşəkar jurnalistlər xəbərlərin həqiqiliyində “Facebook” və “Google”da olan boşluqlar barədə onların rəhbərliyinə məlumat versələr yaxşı olar. Məsələn, 3 il əvvəl “Facebook”la bağlı narahatlıq yox idi. Lakin indi onun rəhbərliyinin prezident seçkilərinə təsir etdiyi söylənilir. Deməli, “Google” və “Facebook” xəbər gətirən dairələrin problemlərini bilməlidir. Hər kəs öz xalqına xidmət etməli və öhdəsinə düşən vəzifələri yerinə yetirməlidir.
Sessiyada çıxışlar slayd və videomateriallarla müşayiət edilib.
Sonda sessiyanın moderatoru Klayv Marşal maraqlı çıxışların və müzakirələrin xəbər agentlikləri tərəfindən nəzərə alınacağına ümidvar olduğunu deyib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

