“Sərhədsiz Reportyorlar”ın növbəti riyakarlığı
08.12.2016 [10:09]
Yalanları, qərəzləri və qeyri-obyektivlikləri bu QHT-nin missiyasının “sərhədlər”ini açıq şəkildə göstərir
Erməni lobbisinin nəzarəti altında olan bir sıra anti-azərbaycançı mərkəzlər davamlı olaraq ölkəmizə qarşı qərəzli, böhtan xarakterli kampaniyalar aparmaqdadır. Bu mənada “Sərhədsiz Reportyorlar” adlanan QHT hər zaman “canfəşanlığı” ilə seçilir. Azərbaycana qarşı qərəzi ilə seçilən, erməni lobbisinin maraqlarına xidmət göstərən və “beşinci kolon”un havadarlarından sayılan “Sərhədsiz Reportyorlar” bu günlərdə növbəti dəfə şər-böhtan dolu “bəyanat” yayaraq öz yalanlarını tirajlamağa çalışıblar.
Ölkə mətbuatında bu təşkilat haqqında dəfələrlə tam təfərrüatı ilə yazılar, məlumatlar dərc olunub. İstər 2012-ci ildə Azərbaycanda mühüm mədəniyyət tədbirlərindən biri olan “Eurovision” mahnı yarışması keçirildiyi zaman, istərsə də ötən il baş tutan Birinci Avropa Oyunları öncəsi “Sərhədsiz Reportyorlar”ın tutduğu mövqe, eləcə də ənənəvi “hesabatlar”ı onların əsl məqsədlərini, məramlarını ortaya qoyur. Hər məqamda Azərbaycanda olan söz və mətbuat azadlığını, plüralizmi hədəfə alan bu təşkilatın apardığı şər kampaniyasının əsas tezisini məhz ermənipərəstlərin və islamofobların “istinad nöqtəsi” sayılan yalançı “insan haqları” məsələsi təşkil edir. Bu kimi “qulağa xoş” ifadələrlə öz xəbis, ermənipərəst niyyətlərini pərdələməyə çalışan “Sərhədsiz Reportyorlar”ın erməni mahiyyəti hər addımda aşkara çıxır.
Bu təşkilatın Azərbaycana qarşı apardığı haqsız kampaniyanın arxasında erməni lobbisinin dayanması birmənalı şəkildə şübhə doğurmur. Ənənəvi hesabatlarında, sərsəmləmədən seçilməyən bəyanatlarında Azərbaycanda “media azadlığının məhdudlaşdırıldığını”, mətbuat nümayəndələrinə qarşı “təzyiqlər” olduğunu iddia edən sərhədsiz yalançılar konkret olaraq cinayət törədən, hətta məhkəmədə öz cinayətini etiraf edən şəxsləri belə ağlasığmaz yalanlarla müdafiə edir, bu cür hadisələri siyasiləşdirməyə çalışırlar. Maraqlıdır ki, “Sərhədsiz Reportyorlar”, o cümlədən digər ermənipərəst təşkilatlar əksər hallarda onların sifarişləri ilə işləyən “beşinci kolon” nümayəndələrini qəsdən cinayətlər törətməyə, qanunu pozmağa təşviq edir. Qanunu pozan şəxsləri isə himayə etməyə çalışır, onların məsuliyyətə cəlb edilməsini “hüquq pozuntusu” kimi təqdim etməyə cəhd göstərirlər. Amma onların nə demələrindən asılı olmayaraq, kimliyindən asılı olmayaraq ölkəmizdə hər kəs qanun qarşısında bərabərdir. Yəni “Sərhədsiz şər xidmətçiləri”nin himayəsində olanlar xüsusi imtiyaza malik deyillər.
Bəli, bu faktdır ki, ermənipərəst və islamofob mahiyyətə malik olan “Sərhədsiz Reportyorlar” və onun kimi qruplar anti-Azərbaycan fəaliyyətlərində ölkəmizdə fəaliyyət göstərən “beşinci kolon” nümayəndələrindən istifadə edirlər. Əsasən, ölkəmizdəki radikal müxalifət düşərgəsində yer alan bu cür “sapı özümüzdən olan baltalar” müəyyən şirnikləndirici vədlərin, ələlxüsus da qrantların, ianələrin müqabilində sözügedən dairələrin Azərbaycan əleyhinə layihələrində məmnuniyyətlə yer alırlar. Bununla yanaşı, həmin şəxslər ölkəmizlə bağlı yalan məlumatlar verməklə qərəzli “informasiya mənbəyi” rolunu oynayırlar ki, vurğuladığımız islamofob dairələr də məhz həmin “mənbələrə” istinad etməklə şər kampaniyaları aparırlar.
Əgər, “Sərhədsiz Reportyorlar” adlanan bu “şər xidmətçiləri” əgər öz “missiyalarında” həqiqətən də səmimidirlərsə, nə üçün Ermənistanda illərdir pozulan insan hüquqları ilə bağlı bir dəfə də olsun dodaq tərpətməyiblər? Nə üçün Ermənistan hakimiyyətinin öz vətəndaşlarına qarşı qeyri-insani siyasəti haqqında bir bəyanat belə “qaralamayıblar”? Və ya əgər “Sərhədsiz Reportyorlar” adlanan bu buqələmun azlıq dilində şüar etdiyi söz azadlığı məsələsində bu qədər “qətiyyətlidirsə”, nə üçün ötən il Ermənistan prezidentinin mətbuat katibinin jurnalist Qrayr Manukyanı gizli əməkdaşlığa məcbur etməyə çalışmasına münasibət bildirmədi? Bu boyda fakta münasibət bildirməyən “Sərhədsiz Reportyorlar”ın hərəkət trayektoriyasının sərhədləri açıq şəkildə bəlli olur.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

