Eldar İbrahimov: Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir
11.03.2017 [10:42]
“Azərbaycan-İran münasibətlərinin inkişafı bütövlükdə bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəmlidir”. Bunu yap.org.az saytına Milli Məclisin komitə sədri, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Onun sözlərinə görə, xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi rol oynayır.
“Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də İran İslam Respublikasına rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər iki dövlət arasında əlaqələrin inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin İrana rəsmi səfəri ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradıb. İranın rəhbərliyi ilə qarşılıqlı anlaşma şəraitində ikitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın, regionda və dünyada gedən proseslərin geniş spektri müzakirə edilib. Səfərin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir. Qeyd edim ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq da məmnunluq doğurur. Həm İranda, həm də Azərbaycanda keçirilən biznes forumları, konfranslar, sərgilər və bu qəbildən olan digər tədbirlər də iki ölkənin iqtisadi potensialını təqdim etmək baxımından önəmlidir. Həmçinin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək Dövlət Komissiyası fəal işləyir. Bütün bunlar iki dövlət arasında iqtisadi əlaqələrin güclənməsindən xəbər verir. Bilirsiniz ki, hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması prosesi həyata keçirilir. Eləcə də iki ölkə arasında dəmir yolu nəqliyyatının birləşdirilməsi nəzərdə tutulur. Təbii ki, bu layihələrin reallaşması təkcə iki dövlətin deyil, bütövlükdə region ölkələrinin iqtisadi inkişafında mühüm rol oynayacaq. Dövlət başçımızın İrana səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu”nun imzalanması da bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu və mövqeyini daha da gücləndirir” - deyə E.İbrahimov vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16

