Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantıdır
26.06.2009 [12:10]
Azərbaycan son on ildə dünyanın əsas enerji mərkəzlərindən birinə çevrilməyi bacarıb. ölkəmiz eyni zamanda, yerləşdiyi bölgənin inkişafının təminatçısıdır. Bu fakt digər dövlətlər tərəfindən də etiraf olunur və təsdiqlənir. Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlatma mərasimində çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanı Cənubi Qafqaz ölkələrinin müstəqillik və uğurlu inkişaf təminatçısı adlandırıb. Azərbaycanın inkişafı, uğurları və varlanması bilavasitə bölgənin digər ölkələrinin də inkişaf trayektoriyasında əsaslı dəyişiklik edib. Bu isə o deməkdir ki, Azərbaycan lider dövlət olaraq region ölkələrinin hansısa bir çətin durumunda da onlara köməyini əsirgəmir. Məsələn, Gürcüstana təbii qazın nəqli dayandığı zaman Azərbaycan qonşu ölkəyə öz köməyini göstərməklə bu dövləti böyük bir problemdən xilas etdi. Həmin məsələyə də toxunan Gürcüstan prezidenti bununla həm də bölgənin lideri olan bir ölkənin, yəni, Azərbaycanın davranış qaydaları nümunəsi nümayiş etdirdiyini söyləyib.
Amma Azərbaycan bu mövqeyi əldə edənə qədər böyük bir yol keçib. ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası, bir-birinin ardınca reallaşan layihələr Azərbaycanı Avropanın əsas tranzit dəhlizinə çevirdi. Bu gün həm Orta Asiya, həm də digər ölkələrin karbohidrogen ehtiyatları məhz Azərbaycanın inşa etdiyi kəmərlər vasitəsilə dünya bazarına ixrac olunur. Hazırda Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısına çevrilib. Bunu zəruri edən əsas məqamlardan biri isə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”dir. Ulu öndər sözügedən müqavilənin əhəmiyyətini qeyd edərkən, onu ölkəmizin suverenliyinin qorunması və milli iqtisadiyyatın sürətli inkişafına nail olunması istiqamətində həlledici vasitələrdən biri kimi qiymətləndirmişdi: “Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də, mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm”.
2005-ci ilin may ayının 26-da həm Azərbaycanın, həm də bütövlükdə bölgənin inkişaf qığılcımı, o cümlədən suverenlik qarantı rolunu oynayan, ən əsası isə Azərbaycanın Cənubi Qafqazın təhlükəsizlik qarantına çevrilməsində ən böyük faktor hesab edilən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsi istifadəyə verildi. ümummilli liderimizin neft strategiyasının uğurlu davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ağır, çətin şəraitdə xalqımızın Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalanmasını Azərbaycanın işıqlı sabahının başlanğıcı adlandırıb: “ötən illər ərzində qarşıda duran bütün vəzifələr öz həllini tapdı, Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda xarici şirkətlərlə çox səmərəli işbirliyi, əməkdaşlıq qura bildi. Azərbaycana böyük həcmdə sərmayə gəldi, Azərbaycanın neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırıldı. Bu illər ərzində ölkədə gedən proseslər, iqtisadi islahatlar, inkişaf onu göstərdi ki, Azərbaycan 1994-cü ildə düzgün seçim etmişdir. Heydər Əliyevin neft strategiyası Azərbaycana böyük uğurlar gətirdi. Azərbaycanın iqtisadiyyatının bütün sektorları inkişaf etməyə başladı”.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin uğurlu taleyi Azərbaycanı daha fərqli irimiqyaslı layihələrə imza atmağa sövq etdi. Yenə də Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi “Şahdəniz” yatağının birgə işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü sazişinə imza atan ölkələrin istehsal etdiyi qazın dünya bazarına çıxışını rəsmiləşdirdi. Təbii ki, bu, ölkəmizin regionun təhlükəsizliyinin təminatçısı kimi dayaqlarının daha da möhkəmlənməsinə şərait yaratdı: “Azərbaycan öz iqtisadi potensialını çox böyük dərəcədə gücləndirə bildi. Bütün bu işləri həll etmək üçün böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra çox ağır vəziyyətdə idi. ölkədə xaos, böhran, hərc-mərclik hökm sürürdü. İqtisadiyyat ildən-ilə tənəzzülə uğrayırdı və demək olar ki, tamamilə dağılmışdı. Yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişdi, Azərbaycan tədricən böhrandan çıxmağa başladı və təxminən 1996-cı ildən sonra ölkədə bütün sahələrdə inkişaf başlandı. Biz bu gün bu inkişafın nəticələrini görürük. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə yeni imkanlar yaradacaqdır, xalqlarımız üçün yeni şəraitin yaradılmasını təmin edəcəkdir. Əlbəttə ki, bu, ölkələrimizə böyük həcmdə maliyyə vəsaitinin cəlb olunmasına gətirib çıxaracaqdır”.
Cənubi Qafqaz regionunun inkişafında və təhlükəsizliyinin təminatında böyük rola malik digər bir layihə isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əməkdaşlığı çərçivəsində növbəti uğurlu addım kimi yadda qalan bu layihə dövlətlərarası münasibətlərin inkişafında da xüsusi önəmə malikdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz həm ikitərəfli formatda çox səmərəli əməkdaşlıq edirik, eyni zamanda, üçtərəfli formatda da əlaqələrimiz real, konkret layihələrin həyata keçirilməsi ilə nəticələnir: “üç ölkə arasında, üçtərəfli əməkdaşlıq bəlkə də, dünyada müşahidə olunmur, bunun analoqu yoxdur. Bu, həm siyasi, iqtisadi, mədəni sahələrdə olan əməkdaşlıqdır, eyni zamanda, real layihələrin həyata keçirilməsi baxımından çox önəmlidir. Təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, Avropa üçün, dünya üçün önəmli olan irimiqyaslı layihələri Türkiyə, Gürcüstan, Azərbaycan birgə həyata keçiribdir”.
Bəli, bu gün Azərbaycan həyata keçirdiyi layihələrlə öyünə bilər. çünki həm yerləşdiyi regionun, həm də dünya iqtisadiyyatının aparıcı ölkələrindən biri kimi Azərbaycan hər zaman sülhün və inkişafın tərəfdarı qismində çxış edib. ölkədə siyasi sabitliyin və vətəndaş birliyinin formalaşması isə bu uğurların əsas təminatçısı sayıla bilər.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

