Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Əhmədoğlu: Qərb başını itirib

Mübariz Əhmədoğlu: Qərb başını itirib

27.04.2017 [10:04]

“Hazırda dünyanın beyin mərkəzi xarab olub. Qərb başını itirib. Avropa düzgün qərarlar qəbul etmir, yalnız öz mənafeyini düşünür. SSRİ dağılandan sonra Qərb İslam dünyasını əsas hədəf götürdü. Orada nə baş verirsə, onu neqativ ruhda qəbul edirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etməsi də xarab beyin mərkəzinin növbəti səhv qərarıdır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, Qərbin Türkiyəyə qarşı sərgilədiyi münasibət tamamilə qərəzlidir: “Avropada bilirlər ki, Türkiyədəki seçkilər, səsvermə proseduru Qərbin demokratik dedikləri ölkələrindən də demokratik keçir. Onların hansısa iradı varsa, bunun müzakirələr üçün siyasi, hüquqi prosedurları mövcuddur. 50 ildir demokratik seçkilər keçirən, ölkənin daxili qaydaları, hakimiyyəti demokratiya ilə idarə olunan Türkiyə Avropa İttifaqının (Aİ) qapısının ağzında dayanıb. Onu Aİ-yə buraxmayıblar, indi isə buraxmayacaqları ilə hədələyirlər. Türkiyənin birinci strategiyası dözümlülük olmalıdır. Qardaş ölkə müəyyən qədər gözləməlidir. Avropada indiki hakim elita dəyişən kimi, böyük ehtimalla, Türkiyəyə qarşı münasibət də dəyişiləcək. Orada hakimiyyətə Avropanın birliyini, Avropa cəmiyyətinin bütövlüyünü istəyən nəsil gələcəksə, onlar Türkiyədən 7 əllə yapışacaqlar. Əksinə olaraq, hakimiyyətdə dağıdıcı nəsil qalacaqsa, Türkiyənin bu cür Avropaya ehtiyacı yoxdur. Qardaş ölkə özünün problemlərini Avropanın istənilən dövlətindən daha rahat həll edə bilir”.

Paylaş:
Baxılıb: 490 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30