/ / Ankarada “Türkiyə-Azərbaycan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlıq” mövzusunda beynəlxalq simpozium keçirilib
Ankarada “Türkiyə-Azərbaycan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlıq” mövzusunda beynəlxalq simpozium keçirilib
26.05.2017 [09:51]
Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Pursaqlar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə ‘’Türkiyə-Azərbaycan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlıq’’ mövzusunda beynəlxalq simpozium keçirilib. Tədbirdə 400-dən çox qonaq iştirak edib.
Qeyd edək ki, ekspertlər Azərbaycan və Türkiyə ilə bağlı Ankarada tədbirin yüksək səviyyədə təşkil edildiyini bildiriblər. Tədbirdə öncə Azərbaycanın tanıdılması ilə bağlı videoçarx göstərilib. Sonra Avrasiya İqtisadi Əlaqələr Dərnəyi başqanı Hikmet Eren çıxış edərək iki qardaş ölkə arasında əlaqələrin inkişafı istiqamətində bundan sonra da tədbirlərin davam edəcəyini bildirib.
Pursaqlar Bələdiyyəsinin başqanı Selçuk Çetin Türkiyə və Azərbaycanı “bir ananın iki oğlu” kimi dəyərləndirib. Selçuk Çetin Türk dünyasının məşhur şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə şeirindən bir bənd səsləndirib. S.Çetin çıxışında bu gün iki qardaş ölkənin beynəlxalq arenada uğurlu mövqe sərgilədiyini söyləyib.
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Faiq Bağırov Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olduğunu iştirakçıların diqqətinə çatdırıb.
“Ümummilli lider Heydər Əliyev tərəfindən 1992-ci ildə Naxçıvanda “Ümid” körpüsünün açılması iki qardaş ölkə arasında birlik və qardaşlıq simvoluna çevrildi. Tədbirin təşkilatçıları EkoAvrasiya və Pursaqlar bələdiyyəsinə yüksək səviyyədə keçən tədbirə görə təşəkkür edirəm”, - deyə səfir bildirib.
Millət vəkili Elman Nəsirov isə tədbirin Azərbaycan və Türkiyə üçün mühum əhəmiyyət kəsb etdiyini qeyd edib: “İki ölkənin liderləri arasında səmimi dostluq və qardaşlıq münasibəti var”.
Millət vəkili Qənirə Paşayeva artıq Türk dünyası məsələsində mən, siz yox, biz mövqeyindən yanaşmağın vacibliyini bildirib.
“Ümummilli lider Heydər Əliyevin bir millət, iki dövlət sözləri münasibətlərimizin əsas xəttini təşkil edir”, - deyə Q.Paşayeva əlavə edib.
Manisa millət vəkili Selçuk Özdağ Azərbaycan və Türkiyə əlaqələrinin inkişafının Qafqaz bölgəsi üçün strateji önəm daşıdığını bəyan edib.
Türkiyə müdafiə nazirinin müavini Şuay Alpay Azərbaycanın Türk dünyası üçün hansı önəm kəsb etdiyini ana babası əslən Gəncədən olan Məmməd Qasımdan eşitdiyini diqqətə çatdırıb.
Antalya AKEV Universitetinin rektoru, EkoAvrasiyanın Akademik Qurumunun başqanı Hayati Aktaş, Ahmet Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin iclas başqanı Musa Yıldız, Türkiyə Böyük Millət Məclisinin üzvləri İbrahim Aydemir, Mehmet Altay, Talip Küçükcan, sabiq millət vəkili, EkoAvrasiyanın məsləhət qurumunun başqanı Feramuz Üstün, İraq parlamentinin sabiq deputatı Fevzi Terzioğlu, siyasi analitiklər Cavid Vəliyev, Araz Aslanlı, Toğrul İsmayıl, Can Ünvar, Elnur Əliyev, Volkan Özdemir, Yalçın Sarıkaya, Salih Yılmaz və başqaları Türkiyə-Azərbaycan münasibətləri mövzusunda məruzələr ediblər.
Tədbirlər çərçivəsində Pursaq Bələdiyyəsində Qarabağ parkının açılışı olub. Eyni zamanda mərhum Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

