Ermənistan hökuməti "Xocalıya Ədalət" kampaniyasının saytına girişi qadağan edib
23.07.2009 [09:32]
Ermənistan hökuməti ölkə ərazisində yerli istifadəçilərə “Xocalıya Ədalət” kapmaniyasının rəsmi saytına (www.justiceforkhojaly.org) girişi qadağan edib.
İKT Gənclər Forumundan APA-ya verilən məlumata görə, İrəvandan olan gənc internet istifadəçilərindən biri kampaniyanın Facebook səhifəsində belə bir şərh yerləşdirib: (http://www.facebook.com/pages/Khojaly-town/Justice-for-Khojaly-Campaign/101823787520?ref=mf) “Mənim yüksək keyfiyyətli internetim var, lakin sayta girəndə “Qadağandır” sözü yazılır və mən müxtəlif yerlərdən sayta girməyə cəhd etsəm də, eyni nəticə ilə üzləşdim....”
“Xocalıya Ədalət” kampaniyası dünən yayımladığı məlumatda Ermənistan əhalisinin, xüsusilə, gənclərin internet saytlara daxil olmaqda üzləşdikləri problemi bu ölkədə informasiya azadlığının və Ermənistanın insan haqları üzrə üzərinə götürdüyü beynəlxalq öhdəliklərin Ermənistan hakimiyyəti tərəfindən pozulması kimi qiymətləndirib.
“Xocalıya Ədalət” kapmaniyasının Facebook səhifəsinin administratoru Elməddin Mehdiyev yaranmış vəziyyəti belə şərh edib: “Biz problemi araşdırdıq, həqiqətən Ermənistanda (www.justiceforkhojaly.org) bu sayta girişə qadağa qoyulduğunu aşkar etdik. Hətta Ermənistanın ınternet məkanında sayta bizim tərəfdən qadağa qoyulduğu haqda şayiə yayılır. Bunun Ermənistan hakimiyyətinin növbəti yalan təbliğat aksiyası olduğunu aşağıdakı faktlar sübut edir. Məlum olduğu kimi, sayt kampaniyanın ABŞ-dakı fəalları tərəfindən yaradılıb və bu ilin fevral ayından etibarən dünyanın 101 ölkəsindən 15 000-ə yaxın şəxs saytın materialları ilə tanış olub. Qeyd olunanları nəzərə alaraq, bildirmək istəyirəm ki, sayta girişə Azərbaycan ərazisindən məhdudiyyət qoymaq texniki baxımdan qeyri-mümkündür. Bundan əlavə, erməni təbliğatçıları kampaniyanın məqsədlərindən birinin Xocalı faciəsi haqqında düzgün məlumatın məhz Ermənistan ictimaiyyətinə çatdırılması olduğunu nəzərə almayıblar, çünki saytın yaradıcıları tərəfindən sayta Ermənistanda girişə qadağa qoyulması məntiqə uyğun olmazdı. Bu faktlara və İKT üzrə mütəxəssislərin rəylərinə əsaslanaraq əminliklə demək olar ki, Xocalı qırğınını törədən indiki Ermənistan hakimiyyəti bu faciə haqda düzgün məlumatın Ermənistanda yayılmasının qarşısını almaq üçün ölkədə sayta girişə qadağa qoyub”.
Hadisə ilə əlaqədar “Xocalıya Ədalət” kampaniyası hüquq-müdafiəsi təşkilatları fəallarını və öz tərəfdarlarını Ermənistan hökumətinə öz etirazını bildirməyə və beynəlxalq təşkilatların diqqətini bu fakta cəlb etməyə çağırıblar. “Xocalıya Ədalət” kampaniyasının koordinasiya mərkəzindən verilən məlumata görə, erməni ictimaiyyətinin sayta daxil olmasını təmin etmək üçün hazırda müvafiq yollar araşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

