/ / Aydın Hüseynov: Hər bir azərbaycanlı Mehriban xanım Əliyevanı sadə, qayğıkeş, insanların problemlərinə xüsusi həssaslıqla yanaşan şəxsiyyət kimi qiymətləndirir
Aydın Hüseynov: Hər bir azərbaycanlı Mehriban xanım Əliyevanı sadə, qayğıkeş, insanların problemlərinə xüsusi həssaslıqla yanaşan şəxsiyyət kimi qiymətləndirir
26.08.2017 [10:09]
“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik etməsi və bu Fond vasitəsilə reallaşdırdığı çoxsaylı humanitar, sosial layihələr, xeyriyyəçilik fəaliyyəti minlərlə insanın həyatında unudulmaz izlər buraxmışdır. Məhz bu baxımdan, hər bir azərbaycanlı Mehriban xanım Əliyevanı sadə, qayğıkeş, insanların problemlərinə xüsusi həssaslıqla yanaşan şəxsiyyət kimi qiymətləndirir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, Heydər Əliyev Fondunun analoqu olmayan beynəlxalq layihələr həyata keçirməsi, dünyanın zəngin mədəniyyət irsinə göstərdiyi diqqət və qayğısı Mehriban xanımın bu arealda olan nüfuzunun daha da yüksəlməsinə zəmin yaratmış oldu. Onun gördüyü hər bir iş, o cümlədən UNESCO və İSESCO kimi mötəbər qurumların xoşməramlı səfiri olması Azərbaycanın adını ali məqamlara ucaltmış oldu. “Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyeva siyasi fəaliyyətini Yeni Azərbaycan Partiyasının Sədr müavini kimi davam etdirməklə, ölkəmizin, dövlətçiliyimizin inkişafı istiqamətində öz ardıcıl töhfələrini verməkdədir. Əminliklə söyləyə bilərik ki, sayı 700 min nəfəri ötən və ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası xalqımızın avanqard siyasi qüvvəsi olaraq, Ümummilli lider Heydər Əliyev ideologiyasını əməli şəkildə yaşadır. Mehriban xanımın YAP-ın Sədr müavini olaraq, partiyamızın ideoloji prinsiplərinin, cəmiyyətdə milli dəyərlərin təşəkkül tapması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylər, eyni zamanda, milli həmrəyliyin qorunmasına əvəzsiz töhfələrini verməkdədir”, - deyən YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Mehriban xanımın yorulmadan gördüyü işlər xalqımız tərəfindən onun potensialının ali göstəricisi olaraq qiymətləndirildi və bu danılmaz faktor onun Milli Məclisdə millət vəkili kimi fəaliyyətində də sübuta yetirildi. Çünki xalq arasında qazandığı məhəbbət, hörmət və inam hissi Mehriban xanım Əliyevanın sadəliyindən, insanların qayğısına yanaşma tərzindən doğan məntiqi nəticənin göstəricisi idi. Millət vəkilliyi dönəmində onun on minlərlə məhbus ailələrinə sevinc yaşatmaq, bu ailələrin qəlblərinə bayram ovqatı qatmaq üçün çoxsaylı təşəbbüslərlə çıxış etməsi, aztəminatlı ailələrin sosial təminatlarının yaxşılaşdırılması üçün irəli sürdüyü təkliflər, bu istiqamətdə müzakirəyə çıxarılan qanun layihələrində iştirakı hazırda hər bir azərbaycanlı tərəfindən rəğbətlə xatırlanmaqdadır.
“Dövlətimizin başçısı cənab İlham Əliyevin Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin etməsi qərarı xalqımız tərəfindən xoş duyğularla qarşılandı. Söz yox ki, hər bir azərbaycanlı bu cür yüksək dövləti vəzifədə Mehriban xanımı görməkdən sonsuz qürur hissi keçirməkdədir. Bu isə əbəs deyil. Çünki müasir dövrün çağırışları dövlətimiz qarşısında hər gün yeni vəzifələr qoyur. Belə bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət ölkəmizin geosiyasi təlatümlərə sinə gərərək, sabit və ardıcıl inkişafını təmin edir. Bu baxımdan, hər birimiz əminik ki, Mehriban xanıma xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin bilikləri, təşkilatçılıq qabiliyyəti onun dövlətimizin başçısı tərəfindən həvalə edilən vəzifələri yüksək səviyyədə yerinə yetirməsinə kömək göstərəcək”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

